Məhkəmə qərarları › İş №3(050)-475/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-475/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-475/2023 10.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, X3, Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Kainat Mebel» mağazasının sahibi X4 iştirakları ilə, ünvan 1-də qeydiyyatda olan Masallı rayonu Ələt-Astara-İran yolunda yeləşən «Kainat Mebel» mağazasının sahibi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, 16 mart 2023-cü il tarixdə saat 12:10-da ünvan 1 ünvanında qeydiyyatda olan, Masallı rayonu Ələt-Astara-İran yolunda fəaliyyət göstərən «Kainat Mebel» obyektinin fərdi sahibkarı X9 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətinin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmişdir. Bu hərəkəti ilə «Kainat Mebel» mağazasının sahibi X9 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Kainat Mebel» mağazasının sahibi X9 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, əvvəllər reklam idarəsi ilə müqavilə bağlamışdır. Lakin sonradan müqavilənin vaxtı bitmişdir. Müqavilənin vaxtı bitdiyindən, o və anası xəstə olduğundan dekabr ayından mart ayına kimi işə çıxmamışlar. Hazırda reklam idarəsi ilə yenidən müqavilə bağlamaq üçün köməklik edilməsini xahiş etdi. Həmçinin, reklam idarəsi tərəfindən göndərilmiş xəbərdarlıqlardan da məlumatı olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, X9 ilə agentlik arasında müvafiq reklam yayımı barədə müqavilə bağlanılmadan o, reklamları qanunsuz yayımlamışdır. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında işdə olan 000063 nömrəli “yazılı göstərişin”dən görünür ki, X5 reklam yayımının dayandırılması üçün qanunvericiliyin tələbinə əsasən 5 gün vaxt verilmişdir. İnzibati xəta haqqında işdə olan 28 fevral 2023-cü il tarixli, 000063 nömrəli aktın surətindən görünür ki, «Kainat Mebel» mağazasının sahibi tərəfindən açıq məkanda reklam yayımlandığı üçün X7 İdarəsinin müfəttişləri və «Kainat Mebel» mağazasının sahibi X4 iştirakları ilə akt tərtib edilmişdir. İnzibati xəta haqqında işdə olan 16 mart 2023-cü il tarixli, 01 nömrəli baxış aktının surətindən görünür ki, X7 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları X2, X1 və fərdi sahibkar X4 iştirakları ilə 28 fevral 2023-cü il tarixli, 000063 nömrəli akt və icrası məcburi göstərişin icrasının vaxtı 09 mart 2023-cü il tarixdə çatmasına baxmayaraq obyektə təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi aşkar olunmuşdur. İnzibati xəta haqqında işdə olan 16 mart 2023-cü il tarixli "İmtina aktı"nın surətindən görünür ki, ünvan 1-də qeydiyyatda olan Masallı rayonu Ələt-Astara-İran yolunda yerləşən «Kainat Mebel» mağazasında açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş "Baxış aktı" sahibkar X9 tərəfindən imza edilməmiş, həmçinin o, aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, X9 fiziki şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Kainat Mebel» mağazasının sahibi X9 müvafiq icazə sənədi olmadan açıq məkanda reklamları qanunsuz yayımlamışdır. «Kainat Mebel» mağazasının sahibi X4 təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Kainat Mebel» mağazasının sahibi X4 inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə «Kainat Mebel» mağazasının sahibi X9 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: ünvan 1-də qeydiyyatda olan Masallı rayonu Ələt-Astara-İran yolunda yerləşən «Kainat Mebel» mağazasının sahibi X9 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar