Məhkəmə qərarları › İş №3(050)-48/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-48/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-48/2023 24.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxxxx 1975-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Masallı şəhəri, M.Fizuli küçəsi üv 78-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 30 dekabr 2022-ci il tarixdə Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən işlətdiyi mağazada istehsalı və ya satılması qadağan olunmuş pirotexniki vasitələsin satışını həyata keçirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən mağazada xırda ticarətlə məşğul olur. 30 dekabr 2022-ci il tarixdə Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən işlətdiyi mağazada pirotexniki vasitələr qoyaraq satmağa başlamış. Saat 14 radələrində polis əməkdaşları mağazaya daxil olaraq özlərini təqdim etdikdən sonra satdığı pirotexniki vasitələrin qadağan olunduğunu bildirib, onu Masallı RPŞ-nə dəvət etmişlər. Masallı RPŞ-də izahatı alınarkən satdığı pirotexniki vasitələrin satışının qadağan olunmasından məlumatının olmadığını bildirmiş, törətdiyi əməldən səmimi peşiman olduğunu bildirib barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməliözününü səmimi etirafı ilə yanaşı, inzibati xəta haqqında protokolu, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əmələ görə səmimi peşimançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki vasitələr müsadirə olunmaqla cərimə təyin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki vasitələr müsadirə olunmaqla 350 (üç yüz əlli) manat miqdarda inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar