Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-480/2025 26.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Masallı rayonu Təklə kəndində anadan olmuş, Masallı rayonu Xoşçobanlı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1478/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq 01 dekabr 2017-ci il tarixdə doğulmuş X3 və 18 oktyabr 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1478/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq 01 dekabr 2017-ci il tarixdə doğulmuş X3 və 18 oktyabr 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamışdır. Bu səbəbdən barəsində məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati qaydada həbs tənbehi tətbiq edilmişdir. Həmin tarixdən sonra borclu ümumilikdə 1050 manat ödəniş etmişdir. Lakin sonradan yenidən ödəniş etməmişdir. Bu səbəbdən burcu barəsində axtarış elan olunmuşdur. Borclu icra sənədini icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda borclunun aliment öhdəliyi üzrə 6630 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, bir müddət xəstə olmuşdur körbağırsağından və qrijadan əməliyyat olunmuşdur. Bu səbəbdən həkimlər tərəfindən 7-8 ay ona işləməyə icazə verilməmişdir. Daha sonralarda işləyə bilməmişdir. Hazırda iki aydır ki, rəsmi olaraq işə qəbul olunmuş və işləyir. Hər ay aldığı əmək haqqından 250 manat aliment ödənişləri üçün tutulur. 550 manat əmək haqqı alır. Bundan sonrada həm aylıq aliment borcunu ödəyəcəkdir, həmdə yığılmış aliment borcunu hissə-hissə ödəyəcəkdir. Bu gün isə iki yüz manat ödəyə biləcəkdir. Məhkəmədən xahiş odur ki, barəsində olan işə xitam verilsin ki, işindən olmasın işləyib borcunu ödəyə bilsin. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 3 ildir ki, aliment borcundan heç bir ödəniş etmir. Bu günə kimi təxminən 550 manata yaxın pul ödəmişdir. Borcludan ona heç bir qəpik belə lazım deyildir, sadəcə öz övladlarının saxlanılması üçün aliment borcunu ödəsin. Övladlarını ikinci dəfə ailə həyatı qurduğu şəxs saxlamışdır. Borcludan aliment borcunu ödənməsini tələb edir. Borclu bu günə kimi heç övladları ilə belə maraqlanmamışdır. Barışmır, ərizəsini geri götürmək fikri yoxdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 26 fevral 2025-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-480/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-480/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver