Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-481/2025 26.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Masallı rayonu, Sərçuvar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 26 fevral 2025-ci il tarixdə, saat 08 radələrində Masallı rayonu, Sərçuvar kəndində küçədə ünvansız küçə söyüşləri söyərək ictimai asayişi pozmuşdur. Bundan başqa Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 26 fevral 2025-ci il tarixdə, saat 08 radələrində Masallı rayonu, Sərçuvar kəndində küçədə üvansız küçə söyüşləri söyməsi səbəbindən ona irad bildirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla bağlı X2 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törədilməsinə istinad edilərək, barəsində qeyd edilən protokollar tərtib edilmişdir. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, Şəxs 2024-cü ilin dekabr aylarında Masallı RPŞ-yə ərizə ilə müraciət edərək evinə basqın olunması və döyülməsi barədə şikayət etmişdir. Ramin Niftullayebin şikayəti əsasında Masallı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanmış, istintaq aparılır. İstintaq Bölməsinin rəisi Babək Nəsirov tərəfindən dəfələrlə zəng edilərək istintaq bölməsinə izahatının alınması ilə əlaqədar çağırılsa da, lakin Şəxs hər dəfə çağırışlardan yayınmaqla çağırışlara gəlməyəcəyini bildirmiş, sərxoş halda gün ərzində 7-8 dəfə DİN-in 102 xidmətinə zəng edərək əsassız şikayətlər etmişdir. İstintaq Bölməsinin rəisinin Ramin Fətullayevlə danışıqlarını əks etdirən səs yazıları da mövcuddur. Bu səbəbdən şəxsin məcburi qaydada istintaq bölməsinə gətirilməsi barədə qərar qəbul edilmiş, icrası polis sahə rəisi Şahid1 həvalə edilmişdir. Qeyd edilən qərarın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Masallı RPŞ-in İTB-in polis sahə rəisi polis kapitanı Şahid1 İTB-in sahə polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə Masallı rayonu, Sərçuvar kəndində yaşayan Şəxs izahatının alınması məqsədi ilə RPŞ-yə dəvət edərkən o, evinin qarşısında küçədə heç bir səbəb olmadan uca səslə səs-küy salaraq “mən nəyə görə polis şöbəsinə getməliyəm”, işə gedirəm sözlərinə deməklə, polis əməkdaşlarına qarşı küçədə hörmətsizlik etməklə, ünvansız küçə söyüşləri söymüşdür. Bu səbəbdən polis əməkdaşları Şəxs həm İstinaq bölməsində olan materialla əlaqədar izahatının alınması, həm də ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmadığından iradəsinə zidd olaraq RPŞ-yə gətirmişlər. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilməklə məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olmasına baxmayaraq 4-5 il olar ki, ailəsi ilə birlikdə Masallı rayonu, Sərçuvar kəndində yaşayır. Müxtəlif ünvanlarda işləməklə gündəlik çörək pulu qazanmaqla ailəsinin dolanışğını təmin edir. Bəzən də cücə fermalarında təmizlik işləri ilə də məşğul olmaqla çörək pulu qazanır. Kürəkəni Təvəkklü adlı şəxslə münasibətləri pisləşmiş, hətta kürəkəni qızı ilə görüşməsinə ona imkan vermir. Bu azmış kimi xx.xx.2024-cü il tarixdə kürəkəni Təvəkkül tanımadığı 5 nəfər şəxslə birlikdə onun hazırda yaşadığı Masallı rayonu, Sərçuvar kəndindəki evə basqın edərək atverka ilə onun baş və bel nahiyələrindən vurub xəsarət yetirdiyinə görə DİN-nin 102 xidmətinə şikayət etmiş, polis əməkdaşları evinə gələrək onun qan içində olduğunu görmüşlər. Lakin, üç ay müddət keçməsinə baxmayaraq kürəkəni barəsində hüquq mühafizə orqanı tərəfindən heç bir qanuni tədbir görülməmiş, hazırda azadlıqda gəzir. Şikayətinə baxılmaması səbəbindən ümumlikdə 3-4 dəfə 102 xidmətinə zəng etmişdir ki, qızına mıəxsus əşyalarını kürəkənini evindən çıxarılmasını təmin etsin. Ona görə ki, kürəkəni narkotik vasitələrdən istifadə etdiyinə görə qızına verdiyi cehiz əşyaları satmağa davam edir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında təqribən 08 radələrində evdən çıxaraq işə getmək istəyərkən yaşadığı evin qarşısında küçədə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq izahatının alınması üçün Masallı RPŞ-yə dəvət etmiş, o, polis əməkdaşlarına işə getməli olduğunu bildirmiş, lakin polis əməkdaşları ona polis şöbəsində izahatı alındıqdan sonra gedə biləcəyini bildirdikdə, kürəkəninin ona zor tətbiq etdiyi hadisəni xatırlayaraq, özündən asılı olmayan səbəblərdən onun ünvanına yüngül formada nalayiq sözlər demiş, daha sonra polis əməkdaşlarına etiraz etmədən əynini dəyişməklə polis maşınına əyləşib, əməkdaşlarla birlikdə Masallı RPŞ-yə getmişdir. Yalnız yaşadığı evin həyətində olduğu müddətdə yeznəsinin ünvanına kobud ifadələr işlətsə də, lakin kənar şəxslərin və qonşuların eşidəcəyi tərzdə ucadan heç bir söyüş söyməmiş, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. İki dəfə ona telefon vasitəsilə zəng olunaraq istintaq bölməsinə çağırılsa da, lakin Astara rayonunda cücə fermasında fəhlə işlmək üçün getdiyindən, ikinci dəfə isə maddi imkanı olmaması səbəbindən gedə bilməmişdir. Sonda Şəxs qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Şahid1 izahatında göstərdi ki, Şəxs xidməti ərazisinin sakini kimi tanıyır. Şəxs dəfələrlə Masallı RPŞ-nin İB-yə çağırılmış, lakin getməkdən imtina etmişdir. Bu səbəbdən Şəxs şöbəyə aparılması ona həlavə edilmişdir. Bu məqsədlə dəfələrlə Şəxs zəng edərək çağırışa getməsi barədə xəbərdarlıq etsə də, lakin o, çağırışlardan yayınmışdır. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində İTB-in sahə polis nəfəri polis baş serjantı Şahid2 ilə birlikdə Masallı rayonu Sərçuvar kəndində yaşayan Şəxs izahatının alınması üçün Masallı RPŞ-yə aparılması üçün onun yaşadığı ünvana getmiş, onu səslədikdən sonra o, evdən çıxaraq həyətə gəlmiş, ona izahat verməsi üçün RPŞ-yə getməli olduğunu bildirmiş, həmin vaxt o, sərxoş halda ucadan söyüşlər söyərək, polis şöbəsinə getməyəcəyini bildirmiş, dəfələrlə nizam-intizama dəvət etsələr də, lakin Ramin Fətullayev onlara məhəl qoymamışdır. Ramin Fətullayev gecə saatlarında içkili olmuşdur. Ramin Fətullayev ünvansız söyüşlər söysə də, lakin polis əməkdaşlarının ünvanına heç bir söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid2 izahatında göstərdi ki, Şəxs əvvəllər tanımamışdır. Şəxs şikayəti ilə əlaqədar Masallı RPŞ-nin İstintaq Bölməsində araşdırılan cinayət işi üzrə izahatının alınması üçün dəfələrlə Masallı RPŞ-nin İB-yə çağrılmış, lakin getməkdən imtina etmişdir. Bu səbəbdən Şəxs şöbəyə gətirilməsi İTB-nin sahə polis rəisi Şahid1 həlavə edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində İTB-in sahə polis rəisi Şahid1la birlikdə Masallı rayonu, Sərçuvar kəndində yaşayan Şəxs Masallı RPŞ-yə aparılması üçün onun yaşadığı ünvana getmişlər. Ramin Fətullayevi çağırmaqla izahatının alınması məqsədi ilə Masallı RPŞ-yə getməli olduğunu bildirdikdə o, səs-küy salmaqla “mən nəyə görə polis şöbəsinə getməliyəm, evimdən oğurluq olmuşdur, evimə basqın edilmişdir, polislər mənim işimə baxmırlar, indi məni nəyə görə şöbəyə aparırsınız” sözlərini deməklə, polis əməkdaşlarının və digər şəxslərin ünvanına ucadan qeyri-etik ifadələr işlətmişdir. İş materiallarında olan; Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raporta Masallı rayonu Sərçuvar kənd sakini Şəxs onun barəsində tərtib edilmiş protokollara uyğun olaraq məlumatların əks olunduğu, barəsində qanuni tədbir görülməsi üçün aidiyyatı əməkdaşlara göstəriş verilməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 26 fevral 2025-ci il tarixdə, saat 08 radələrində Masallı rayonu, Sərçuvar kəndində küçədə ünvansız küçə söyüşləri söyərək ictimai asayişi pozmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 26 fevral 2025-ci il tarixdə, saat 08 radələrində Masallı rayonu, Sərçuvar kəndində küçədə nüvansız küçə söyüşləri söyməsi səbəbindən ona irad bildirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələri ilə tərtib edilmiş protokollara və əlavə olunmuş sənədlərə baxaraq, qənaətə gəlir ki, şəxsin əməllərində inzibati xətanın tərkib əlamələri mövcud olmadığından hər iki maddə ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi, həmçinin polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması nəinki sübut olunmur, əksinə onun özünün, həm də hadisə vaxtı orada olmuş şahid polis əməkdaşı Şahid1 ifadəsi ilə təkzib edilir. Belə ki, araşdırma zamanı hadisənin baş verdiyi zaman hadisə yerində olmuş şahidlər polis əməkdası Şahid1 izahatı ilə təsdiq edilir ki, Şəxs konkret şəxslərə və polis əməkdaşlarına qarşı söyüşlər söyməmiş, polis əməkdaşının ictimai vəzifəsini yerinə yetirilməsinə maneçilik törətməmiş, lakin ünvansız ifadələr işlətməklə evinə basqın olunması və döyülərək xəsarət almasını, bununla bağlı üç ay əvvəl polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etməsinə baxmayaraq, hazırki vaxta kimi heç bir araşdırma aparılmamasın görə gileylənmişdir. Lakin, digər şahid olan polis əməkdaşı Şahid2 isə izahatında Ramin Fətullayevin polis əməkdaşlarının ünvanın qeyri-etik söyüşlər söyməsini bildirsə də, məhkəmə həmin izahatı inandırcı hesab etmir, ona görə ki, hadisə yerində olan hər iki polis əməkdaşı Şahid1 və Şahid2 məhkəmə iclasında bir-birilərinə zidd izahat vermişlər. Şəxs polis şöbəsinə verdiyi izahatında göstərdikləri həm şahid izahatları, həm də onun məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq edilməmişdir. Belə olan halda Məhkəmə onun polis şöbəsinə verdiyi izahatına aşağıdakı səbəblərdən həqiqəti əks etdirməyən məlumatların daxil edilməsi qənaətinə gəlmişdir. Belə ki, Şəxs polis şöbəsinə verdiyi kompyuter üsulu ilə yazılmış izahatında qeyd edilmişdir ki, küçədə olduğu zaman 10-15 dəqiqə ərzində küçə söyüşləri söymüş, hətta polis şöbəsində izahatı alındığı zamanda da küçə söyüşlərini söyməyə davam etmişdir. Polis əməkdaşları məhkəmə iclasında izahat verdikləri zaman Şəxs küçədə 10-15 dəqiqə ərzində söyüş söyməsini bildirməmişlər, eyni zamanda polis şöbəsində izahatı alınarkən küçə söyüşlərini söyməsi ilə bağlı heç nə qeyd etməmişdilər. Bununla belə şəxsin kompyuter üsulu ilə izahatı alındıqdan sonra kiril əlifbası ilə yazaraq “izahatını oxuduğunu, sözlərimi öz imzamla təsdiq edirəm” sözlərini qeyd etmişdir. İzahatın yuxarı hissəsində “izahatın azərbaycan dilində latın qrafikalı əlifba ilə kompyuterdə yazılmasına etiraz etmirəm” kimi qeydlər aparılmış, lakin şəxsin latın qrafikalı əlifba ilə oxuya-bilib-bilmədiyi dəqiqləşdirilməmişdir. Latın qrafikalı əlifba ilə yaza bilməyən şəxsin həmin qrafikalı əlifbanı oxuya bilməsini düşünmək də çətindir. Belə olan halda məhkəmədə həmin izahatın şəxs tərəfindən oxunmadan təsdiq edilməsi şübhəsi yarandığından izahatda göstərilən məlumatların onun ziyanına istifadə edilməsini qeyri-mümkün edir. Məhkəmə xırda xuliqanlıq növündə inzibati xətanın tərkib əlamətləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu”nun qərarında qeyd edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Göründüyü kimi, ictimai qaydanın pozulması üçün aşağıdakı şərtlər mövcud olmalıdır
1. Şəxs tərəfindən cəmiyyət üzvləri arasında təşəkkül tapmış adət ənənələr, əxlaq normaları və qanunvericilikdə əks edilmiş birgəyaşayış qaydaları pozulmalı
2. Şəxs bu kimi əməllərə yol verərkən özünü cəmiyyətin fövqündə hesab etməklə başqalarına qarşı hörmətsizlik etməli və yol verdiyi əməllərin hər hansı səbəbi olmamalı, yəni təsadüfi olaraq bu əməlləri törətməli.
3. Nəhayət qeyd edilən əməllər qərəzli olaraq törədilməlidir. İşin hallarından görünür ki, şəxs xx.xx.2024-cü il tarixdə döyülməsi ilə bağlı şikayəti əsasında polis şöbəsində araşdırma başlanılmış, xx.xx.2025-ci il tarixdə ona qarşı zor tətbiq etmiş şəxsin barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanılması haqqında qərar qəbul edilmişdir. İş üzrə alınmış izahatlarla müəyyən edilmişdir ki, Şəxs polis şöbəsi tərəfindən zərərçəkmiş şəxs qismində ifadəsinin alınması üçün bir neçə dəfə zəng edilərək polis şöbəsinə dəvət edilmiş, lakin sonuncu polis şöbəsinə getməkdən imtina etmiş, bundan sonra onun barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında polis əməkdaşları onun yaşadığı ünvana səhər saat 08 radələrində getmişdilər. Həmin vaxt ona izahat verməsi üçün polis şöbəsinə getməli olduğu deyildikdə, ona qarşı yeznəsinin zor tətbiq etməsi hadisəsini xatırlayaraq, yeznəsinin ünvanına yüngül formada söyüşlər söyməklə hirisini soyutmuşdur. Şəxsin özü və polis əməkdaşları izahatlarında sübh tezdən olduğundan vətəndaşların əksəriyyətinin yatan vaxtına təsadüf etdiyindən həmin vaxt orada kənar şəxslərin olmadığını bildirmişdilər. Göründüyü kimi, işin halları ilə müəyyən edilir ki, ictimai qayda həmin vaxt pozulmamış, cəmiyyətə qarşı hər hansı formada hörmətsizlik ifadə edilməmişdir. Şəxs uca səslə danışmaqla şikayət ərizəsi əsasında araşdırmanın gecikməsi səbəbindən etiraz etmiş və öz-özünə gileylənmişdir. Cinayət prosessual qanunvericlilikdə şikayət vermiş şəxsin təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsini, etirazlarını və vəsatətlərini vermək, araşdırma aparan orqandan araşdırmanın nəticəsi ilə bağlı məlumatlar almaq və cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən və qərarlarından şikayət etmək hüquqları nəzərdə tutulmuşdur. Düzdür, qanunvericilikdə qeyd edilən etirazların sərt formada edilməli olması göstərilməmiş, lakin vətəndaşların emosional vəziyyətini, hər bir şəxsin özünə məxsus fərdi xüsusiyyətlərinin olduğunu nəzərə alsaq, vətəndaşın etdiyi şikayətə vaxtında baxılmaması ilə bağlı etirazını polis əməkdaşına (barəsində araşdırma aparan orqana) bildirməsi və bunun nəticəsində də onun xırda xuliqanlıq və yaxud polisə qarşı müqavimət göstərməsi əməlini törətməsi ilə günahlandırılması, vətəndaşlarda zərərçəkmiş şəxs statusunda olduğu hallarda belə, araşdırma aparan orqana qarşı etirazlarını bildirməsi səbəbindən inzibati xəta ilə məsuliyyətə cəlb ediləcəyi düşüncəsini formalaşdıra bilər və bu da ciddi formada onların konstitusion hüquqlarının kobud surətdə pozulmasına, eləcə də gələcəkdə onlara qarşı hər hansı hüquq pozuntusu törədiləcəyi halda, şikayət etmək niyyətindən daşınmasına səbəb ola bilər. Məhkəmə polisə müqavimət göstərilməsi ilə bağlı tərtib edilmiş protokolla bağlı aşağıdakıları qeyd edir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, maddədə qeyd edilmiş ictimai qaydanın mühafizə vəzifələrini icra edən şəxsin qanuni tələblərinə tabe olunmadığı halda, həmin maddənin tərkib əlamətlərinin yaranmasının mümkün olduğu göstərilir. Tərtib edilmiş protokoldan görünür ki, polis əməkdaşları polis bölməsinin istintaq bölməsində istintaq edilən cinayət işi üzrə zərərçəkmiş şəxsi polis şöbəsinə gətirmək üçün şəxsin yaşadığı ünvana getişmişdilər. Onu polis şöbəsinə getmək üçün dəvət etdikdən sonra polislərin tələbinə qarşı hər hansı narazılığını ifadə etməmiş, onlarla birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt orada olan polislərdən kapitan Şahid1 şəxsin onlara qarşı nalayiq sözlər işlətmədiyini, onların göstərişləri ilə maşına əyləşdiyini, digər polis əməkdaşı Şahid2 isə onlara qarşı söyüş söydüyünü bildirmişdir. Polis serjantının barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və digər polis əməkdaşının dediklərindən fərqli ifadə verməsi onu göstərir ki, onu izahat verərkən səmimi olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, sahə müvəkkili tərəfindən tərtib edilmiş protokollarda kənar şəxslərin qarşısında ictimai qaydanın pozulması, polisə qarşı müqavimət göstərildiyi qeyd ediləsə də, orada kənar şəxs olmuşdursa, (ki bu araşdırma materiallarına əsasən olmamışdır.) həmin şəxslərin şəxsiyyətləri müəyyən edilərək izahatları alınmamış və həmin şəxslərin izahatlarının alınması üçün məhkəməyə hər hansı təklif irəli sürülməmişdir. Polis haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin İİ bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ bəndində göstərilir ki, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Lakin, hazırki iş üzrə məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həm də şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri izahatlarına əsasən Şəxs polis əməkdaşlarına hər hansı müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək kimi hərəkətlərə yol vermədiyi müəyyən edilmişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin əlamətləri olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Coşqun Abdullayev