Məhkəmə qərarları › İş №3(050)-482/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-482/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-482/2025 27.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİ tağımın YPX-nin inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Baş X4 İdarəsinin Yol-Patrul Xidməti Alayın tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 fevral 2025-ci il tarixdə saat 18:58 radələrində Yeni Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində “Kia Optima” minik markalı, ** MB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən DYP-nin 726 saylı postunda YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün il ərzində təkrar olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYİ-nin YPX Alayının Xİ Tağımının yol patrul xidmətinin inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında izahatında göstərdi ki, 26 fevral 2025-ci il tarixdə DYP-nin 726 saylı stasionar postunda xidmətdə olmuşdur. Saat 18:58 radələrində sonradan adını bildiyi Ağcabədi şəhər sakini Şəxs idarə etdiyi “Kia Optima” minik markalı, ** MB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə postdan keçərkən ona saxlama işarəsi vermişdir. Sürücü avtomaşını saxladıqdan sonra yaxınlaşaraq özünü təqdim etmiş, avtomaşının sənədləri yoxlanılan zaman sürücünü hərəkətləri şübhə doğruduğudan həkim müayinəsinə təqdim edilmiş, sürcünün sidiyindən müayinə götürülmüşdür. Aparılan müayinənin sonunda həkim rəyinə əsasən Şəxs avtomaşını narkotik vasitələrin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Bundan sonra sürücü YPX postuna dəvət edilməklə, inzibati qaydada tutulmuş, barəsində protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati araşdrıma zamanı müəyyən edilmişdir ki, Şəxs əvvəllər də nəqliyyat vasitəsini narkotik vasitəsnin təsiri altında idarə etdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2024-cü il tarixli qərara əsasən barəsində 600 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 26 fevral 2024-cü il tarixdə saat 18:58 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində yol vərəqəsi əsasında idarə etdiyi “Kia Optima” minik markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən 726 saylı postda saxlanılmış, sənədləri yoxlanılmış, eyni zamanda onu həkim müayinəsinə təqdim etmişlər. Həkim müayinəsinə təqdim edildikdən sonra avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Təxminən 20 gün əvvəl psixotrop maddə metamfetamin qəbul etdiyindən qanından təmizlənməmişdir. Əməlindən peşmandır, bir də belə hallara yol verməyəcəkdir. Müayinə protokolunun nəticəsi ilə razılaşaraq imzası ilə təsdiq etmişdir. Bu səbəbdən həmin tarixdə YPX əməkdaşları tərərfindən stasionar postda aparılmaqla, inzibati qaydada tutulmuş, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, əvvəllər də eyni inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci madəsi ilə 600 manat inzibati qaydada cərimə edilmişdir. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu, bir daha narkotik vasitənin təsiri altında avtomaşın idarə etməyəcəyini bildirib barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli yol vərəqəsindən görünür ki, “Kia Optima” minik markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün Şəxs təhvil verilmiş, o, həmin avtomobili BD 902665 saylı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. xx.xx.2024-cü il tarixli İXP 647643 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Honda İnsight (Hibrid)” minik markalı, ** XV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Bakl şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində idarə edərəkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixli İXP 647643 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə 600 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 fevral 2025-ci il tarixdə saat 18:58 radələrində Yeni Ələt- Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində “Kia Optima” minik markalı, ** MB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən DYP-nin 726 saylı postunda YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün il ərzində təkrar olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, 85 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi protokolundan aktından görünür ki, Şəxs sidiyində narkotik vasitə AMP (+) amfetamin- aşkar olunmuş, o, narkotik sərxoşluq vəziyyətində olmuşdur. Şəxs tibbi protokolunda aktında “ sidiyimdə narkotik vasitə amfetamin aşkar edildi, protokol ilə razıyam, və doğrudur.” qeydləri apararaq imzası ilə təsdiq etmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 fevral 2025-ci il tarixdə saat 20:01-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi onun etirafedici və protokolu tərtib etmiş orqanın nümayənsənin izahatı, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətini təyin edilməsi barədə tibbi müayinə protokolu, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxsun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azəraycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tətbiq edilərkən Azərbaycan Respublikası İXMnin 31.4-1-ci maddəsiin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 43-48, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 26 fevral 2025-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınmaqla barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsinə dair hissədə Azərbaycan Respublikası DİN-nin BDYP-yə, inzibati cəriməyə dair hissədə icrası isə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar