Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-485/2024 24.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Masallı Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında icraatın başlanması haqqında qərarda göstərilir ki, vəzifəli şəxs “EF X4” MMCnän direktoru Şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq X1 və X2 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Fəridə Tahirovam 2023-cü ilin mart ayından, Könül Şirinovam isə 2023-cü ilin oktyabr ayından hazırki vaxtadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Masallı şəhəri, H.Əliyev prospekti 416 ünvanında yerləşən “EF X4”-də psixo-pedaqoq kimi işlərin yerinə yetirilməsinə cəlb edərək bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material geri qaytarılmalıdır. Təqdim olunmuş sənədlərdən görünür ki, Masallı Rayon Prokurorluğu tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qanunun tələblərinə riayət edilmədən aidiyyət qaydaları pozulmaqla məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ”-li Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 794 saylı Fərmanının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İXM-nin 191.2-ci, 192.1- 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199-203-cü, 205-1.1-ci 469.2-ci, 477-ci, 477- 1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 477-2.1-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərədə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Masallı Rayon Prokurorluğuna qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və toplanmış material natamam olduğundan Masallı Rayon Prokurorluğuna qaytarılsın. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-485/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-485/2024
24.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver