Məhkəmə qərarları › İş №3(050)-486/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-486/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-486/2024 07.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2 və Masallı Rayon Prokurorunun köməkçisi Nümayəndə1 iştirakı ilə, Masallı şəhəri, H.Əliyev prospekti, 416 hüquqi ünvanı olan hüquqi şəxs Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon Prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində 17 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda hüquqi şəxs Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanmadan X3 və X4 işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Məhkəmə iclasında Masallı rayon prokurorunun köməkçisi Nümayəndə1 izahat verərək bildiridi ki, hüquqi şəxs "EF X11" MMC təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs direktoru Nümayəndə2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49cu maddəsinin tələblərini pozaraq X5 və X8 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Fəridə Tahirovanı 2023-cü ilin mart ayından, Könül Şirinovanı isə 2023-cü ilin oktyabr ayından hazırki vaxtadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Masallı şəhəri H.Əliyev prospekti 416 ünvanında yerləşən “EF X10”-də psixo-pedaqoq kimi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyətə cəlb olunmalıdır. Qeyd olunanlar Nümayəndə2, X8 və X1 izahatları ilə tam təsdiqini tapmışdır. Odur ki, Şəxs MMC inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə2 izahatında bildirdi ki, o, 25 yaşındadır və iş qurarkən bəzi proseslərdən xəbərsiz olmuşdur. Xəbərsiz olması səbəbindən X8 və X5 ilə əmək müqaviləsi bağlanılmadan işləmələrinə şərait yaratmışdır. Hazırda təcrübəsiz olması nəzərə alınaraq məhkəmədən onun yüngül tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən X8 və X5 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 17 fevral 2024-cü il tarixli, 24-1-2-2-439-0504-2 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, istintaq zamanı hüquqi şəxs "EF X11" MMC təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs direktoru Nümayəndə2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq X5 və X8 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Fəridə Tahirovanı 2023-cü ilin mart ayından, Könül Şirinovanı isə 2023-cü ilin oktyabr ayından hazırki vaxtadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Masallı şəhəri H.Əliyev prospekti 416 ünvanında yerləşən “EF X10”-də psixo-pedaqoq kimi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar Nümayəndə2, X8 və X1 izahatları ilə tam təsdiqini tapmışdır. Nümayəndə2 izahatında bildirmişdir ki, 2022-ci ilin iyul ayından etibarən təsisçisi olduğu “EF X10”-də sağlamlıq imkanları məhdud uşaqlara loqopedik, psixopedeqoji, psixoloji və müalicəvi uşaq masajları xidməti göstərmişdir. Təsisçisi olduğu mərkəz hüquqi şəxs statusundadır və rəsmi sənədlərdə təsisçisi özüdür. Təsisçisi olduğu mərkəzdə özü ilə birlikdə 3 nəfər işçi işləmişdir. O, Könül Şirinova və Fəridə Tahirova sağlamlıq imkanı məhdud uşaqlara müxtəlif reabilitasiya xidmətləri göstərirmiş. Onlarla əmək müqaviləsi bağlanılmamışdır. X8 izahatında qeyd etmişdir ki, 2023-ci ilin oktyabr ayından etibarən Nümayəndə2 təsisçisi olduğu hüquqi şəxs olan “EF X10”də psixo-pedaqoq kimi fəaliyyət göstərmişdir. Əsas işi sağlamlıq imkanı məhdud uşaqlara psixoloji reabilitasiya xidmətləri göstərməkdən ibarətdir. O, 2023-cü ilin oktyabr ayından etibarən Sərvər Məcidova həm psixoloji, həmdə ki, psixo-pedaqoji reabilitasiya xidmətləri göstərmişdir. Nümayəndə2 elə rəfiqəlik münasibətində olduğundan sonuncu ona indiyədək maaş verməmişdir və həftənin 1-6 günləri orada sağlamlıq imkanı məhdud uşaqlara reabilitasiya xidmətləri göstərmişdir. Nümayəndə2 izahatında düz qeyd etmişdir, orada işləməyinə baxmayaraq onunla əmək müqaviləsi bağlanmamışdır. X5 izahatında bildirmişdir ki, 2023-cü ilin mart ayından Nümayəndə2 təsisçisi olduğu “EF X10”də psixopedaqoq kimi fəaliyyət göstərmişdir. Əsas işi sağlamlıq imkanı məhdud uşaqlara psixoloji reabilitasiya xidmətləri göstərməkdən ibarətdir. O, Sərvər Məcidova hər hansı reabilitasiya xidmətləri göstərməmişdir. S.Məcidova reabilitasiya xidmətlərini Fatimə və Könül Şirinova göstərmişdir. Orada işləməyinə baxmayaraq onunla əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan Masallı rayon prokurorluğunun 17 yanvar 2024-cü il tarixli, 16-4Ş-24 saylı məktubundan görünür ki, Masallı rayonu Şərəfə kənd sakini, “EF X11"-nin mülkiyyətçisi Nümayəndə2 (AA*******; FİN xxxxxxx) həmin mərkəzdə psixopedaqoq işləyən X6 (AA2766532; FİN 8FFYMF1) və X5 (AA3978702; FİN 4S81DY8) ilə əmək müqaviləsi əsasında işləyib-işləməməsi barədə məlumatlar, müqavilə mövcud olduğu halda nə vaxtdan əmək müqaviləsinin bağlandığı və qeyd olunan işçilərlə bağlanmış əmək müqaviləsi bildirişinin surətini rayon prokurorluğuna göndərilməsi xahiş edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 02 fevral 2024-cü il tarixli, 3-17-5/2-6182/2024 saylı məktubundan görünür ki, 17 yanvar 2024-cü il tarixli, 16-4Ş-24 saylı məktubda qeyd olunan şəxslərin adına Şəxs MMC (VÖEN **********) tərəfindən “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na əsasən ilkin mənbə məlumatlarının “X2” sisteminə inteqrasiya edilməsi təmin olunur. Qeyd olunanları nəzərə alaraq məlumat-axtarış işinin operativliyini və effektivliyini artırmaq məqsədilə “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatların “X2” sistemi vasitəsi ilə əldə edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görəfiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1-ci maddəsinə əsasən hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3-cü maddəsinə əsasən hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.4-cü maddəsinə əsasən Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 18.7-ci maddəsinə əsasən Bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. 18.8-ci maddəsinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda, inzibati məsuliyyətə hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi çəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ:

1. Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın.

3. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar