Məhkəmə qərarları › İş №3(050)-487/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-487/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-487/2024 21.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1974-cü ildə Masallı rayonu Bambaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə 726 saylı stasionar postun inzibati binasında ucadan nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşamçağı Raqif adlı şəxs gəlib ona maşınının qapısında səs olduğunu, maşınının qapısına baxmaq lazım olduğunu bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə səhər saatlarında işlədiyi avtotəmir sexinin qarşısına gəlmişdir. Həmin vaxt Raqif adlı şəxsə məxsus maşının sexin qarşısında olduğunu görmüşdür. Lakin həmin vaxt maşında heç kim olmamışdır. Anlamışdır ki, Raqif maşının təmir etməsi üçün orada qoymuşdur. Oda maşında olan səsin haradan gəldiyini bilmək üçün maşını işə salıb önə və arxaya vermişdir. İşlədiyi avtotəmir sexi magistral yolun kənarında yerləşir. O, avtomaşında olan səsi müəyyənləşdirmək üçün maşını önəarxaya verdiyi zaman arxada polis maşınının dayandığını görmüşdür. Polis əməkdaşları ona yaxınlaşaraq sənədlərini tələb etmişlər. Oda polis əməkdaşlarına avtomaşına dair sənədinin olmadığını, özünün maşın ustası olduğunu, maşının başqa şəxsə məxsus olduğunu təmir etməsi üçün onun yanına gətirdiyini, oda maşından gələn əlavə səsin maşının hansı hissəsindən gəldiyini müəyyən etmək üçün maşını önə və arxaya verərək öyrənmək istədiyini bildirmişdir. Polis əməkdaşları ona maşına oturub onlarla gəlməsini bildirmişdir. Oda gedib maşının sahibindən maşının sənədləri ala biləcəklərini demişdir. Lakin polis əməkdaşları onu dinləməyərək polis postuna gətirmişlər. Postda ondan içki iyi gəldiyini demişlər. Oda bir gün öncə spirtli içki içdiyini demişdir. Polis əməkdaşları ona cərimə olunacağını demişdir. Oda pul axtarmaq niyyəti ilə təmir etdiyi maşının sahibinin yanına getmişdir. Həmin şəxs ət kəsimi ilə məşğul olur. Maşının sahibinin yanına çatdığı zaman təmir etmək üçün onun yanına qoyulmuş və polis əməkdaşları tərəfindən polis postuna aparılmış maşının sahibinin yanında olduğunu görmüşdür və bu vəziyyətə görə əsəbləşmişdir. Səhəri gün polis şöbəsinə getmiş və nə üçün maşının sahibində pul alıb maşının ona qaytardıqlarını demişdir. Polis əməkdaşları maşının sahibindən pul almadıqlarını, maşını qanuni sahibinə qaytardıqlarını demişlər. Ağır epilepsiya xəstəliyindən əziyyət çəkən uşağı olduğu üçün hər gün spirtli içki qəbul edir və uşağın dərmanlarını bu gün alıb evə apara bilməmişdir uşaq dərman qəbul etməsə vəziyyəti çox pis ola bilər. Ailəyə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə polis serjantı Pərviz Səfərovla birliksə xidmət apardığı zaman Köhnə Ələt-Astara yolunda VAZ 21013 markalı **-BD-*** d.q.n-lı avtomaşının sürücüsünün onları görüb maşını yolun ehtiyat hissəsinə çəkib saxlamışdır. Şübhə doğurucu hərəkət etdiyi üçün onlar həmin maşına yaxınlaşıb özlərini sürücüyə təqdim etmişlər və sürücüdən avtomaşına dair sənədləri təqdim etməsini xahiş etmişlər. Sürücünün sənədləri üzərində olmadığı üçün adını və soyadını bildirdikdən sonra bort kompyuter vasitəsi ilə yoxlanış zamanı məlum olmuşdur ki, sürücü Şəxs həmin avtomaşını idarə etmək üçün etibarnaməsi yoxdur. Sürücü ilə ünsiyyət zamanı nəfəsindən kəskin spirt iyi gəldiyindən sürücünü həkim müayinəsinə dəvət etmişlər. Sürücü səmimi etiraf edərək bildirmişdir ki, tək başına 700 qram spirtli içki araq içmişdir. Onlar avtomaşını sürücünün iştirakı ilə 726 saylı postun müvəqqəti duracağına yerləşdirmişlər. Sürücünü həkim müayinə etdikdən sonra məlum olmuşdur ki, sürücü yüngül dərəcəli sərxoşdur. Onlarda həmin sürücü barəsində müvafiq inzibati protokollar tərtib edərək avtomaşını müvəqqəti duracağa yerləşdirmişlər. Lakin avtomaşının sahibi posta yaxınlaşıb sənədləri təqdim edib avtomaşını təhvil almışdır. xx.xx.2024-cü il tarixdə Şəxs postun inzibati binasına yaxınlaşıb yenədə nəfəsindən kəskin spirtli alkoqol iyi gəldiyi hiss etmişlər, inzibati binaya daxil olub onların iş rejimini pozaraq onları hədələyərək onlardan 600 manat məbləğində pul tələb etməyə başlamışdır. Onları təhqir etmiş, hədələmişdir. Onlar onu dəfələrlə nizam intizama dəvət etsələr də, lakin o, onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X1 ilə eyni məzmunlu ifadə verdilər. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Simran Haxverdiyev tərəfindən 21 fevral 2024-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri şahidin ifadəsi, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar