Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-498/2025 12.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işi başlanmasının rədd edilməsi» barədə xx.xx.2025-ci il tarixli qərardan və xx.xx.2025-ci tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Masall rayonu, Ərkivan qəsəbəsində B1, B C1 C kateqroriyalı sürücülük vəsiqəsi əsasında iderə etdiyi “VAZ 2107” minik markalı ** GH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sərt tormozdan istifadə etdiyinə görə idarə etməni itirməklə Masallı şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs sürücülük hüququ və dövlət nömrə nişanı olmadan idarə etdiyi “Muravey” markalı motorellerlə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül zərər zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, “B1, B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. “VAZ 2107” minik markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi avtomaşınla Masallı rayonu, Ərkivan qəsəbəsindən çıxıb Masallı şəhəri istiqamətində yolun sağ zolağı ilə hərəkət edərkən, onun qarşısında onunla eyni hərəkət istiqamətində sol zolaqda, yəni digər nəqliyyat vasitəsini ötüb keçmək üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə Zərərçəkmiş şəxs “Muravey” markalı motorellerlə hərəkət etdiyini görmüşdür. Biraz sonra qarşısında hərəkət edən “VAZ 2107” minik markalı avtomaşın Zərərçəkmiş şəxs idarə etdiyi “Muravey” markalı motorelleri sağ tərəfdən ötüb keçmiş, Zərərçəkmiş şəxs yenə də sol zolaqda hərəkətini davam etdirdiyindən, eyni zamanda digər nəqliyyat vasitəsinin onun yanından, yəni qadağan edilmiş sağ zolaqdan təhlükəsiz şəkildə keçdiyini görüb özü də sağ zolaqla “Muravey” markalı motorelleri ötüb keçmək istəyərkən qəfildən Zərərçəkmiş şəxs motorelleri sağ zolağa doğru istiqamətləndirmiş, həmin anda ona dəyməmək üçün əyləci sərt şəkildə basmış, avtomobil sürüşdüyündən idarəetməni itirmiş, avtomobin arxa hissəsi “Muravey” markalı motorellerlə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs baş vermiş avtoqəza zamanı yüngül bədən xəsarəti almışdır. Baş vermiş hadisədə Zərərçəkmiş şəxs da təqsiri olduğundan yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “Muravey” markalı motorellerlə Masallı rayonu Ərkivan qəsəbəsindən çıxıb Masallı şəhəri istiqamətində yolun sol zolağı ilə, yəni digər nəqliyyat vasitəsini ötüb keçmək üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Arxadan gələn nəqliyyat vasitələrinə yol vermək üçün motorelleri sağ hərəkət zolağına keçirmək məqsədi ilə sükanı sağa istiqamətləndirmiş, həmin vaxt arxadan gələrək onu sağ tərəfndən ötüb keçmək istəyən, sonradan adını bildiyi Şəxs idarə etdiyi “VAZ 2107” minik markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ sağ arxa hissədə olduğunu görmüş, həmin avtomobilin sürücüsü sükanını sola və sağa çevirməsi səbəbindən idarəetməni itirdiyindən onunla toqquşmuş, avtoqəza nəticəsində yüngül bədən xəsarəti almışdır. Baş vermiş avtoqəza nəticəsində hər ikisi təqsirkar hesab edilsə də, lakin ona ciddi maddi ziyan dəymişdir. Hazırda maddi ziyanla bağlı məhkəmədə mülki mübahisələri araşdırılır. Sonda Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qarşı şikayətinin olmadığını, qərar qəbul edilməsinini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 263.1-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3, 332.2 və 342.7-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Masallı RPŞ-nin DYPB-yə göndərilməsi qərar alınmışdır. xx.xx.2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi» barədə qərarda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ET Birliyinin Masallı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 450 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş sağ aşıq-baldır oynağının bayır topuq nahiyəsinin və sol körpücüküstüçiyin qurşağının sıyrılmış yaraları, qarının küt travması bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cüil tarixdə idarə etdiyi “Moped” lə “VAZ 2107” markalı avtomaşının toqquşması nəticəsində yarana bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. xx.xx.2025-ci tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hallar himayəsində 2 azyaşlı uşağının olması və əməlinən səmimi peşman olmasıdır; məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-498/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-498/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver