Məhkəmə qərarları › İş №3(050)-503/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-503/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-503/2024 23.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonu, Bədlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, Heydər Əliyev parkında Zərərçəkmiş şəxs məxsus bir ədəd “Mikon 3100” markalı fotoaparatı oğurlamışdır. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə 20 aprel 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X2 məhkəmə iclasında göstərdi ki, Masallı rayonu, Musaküçə kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-102 xidmətinə və Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə Masallı şəhəri, Heydrə Əliyev parkında ona məxsus “Mikon 3100” markalı fotoaparatı oğurlanmasını və ona 400 manat madi ziyan dəyməsini göstərmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Masallı rayonu, H.Əliyev parkında Zərərçəkmiş şəxs özünə məxsus fotoaparatlarla şəkil çəkərək pul qazanır. O, xx.xx.2023-cü il tarixdə fotoaparatlarından birinin enerjisi bitdiyi üçün park ərazisində ağaclığın arasında qoyaraq digər fotoaparatı ilə şəkil çəkmək üçün oradan uzaqlaşmışdır. Bir neçə saatdan sonra Zərərçəkmiş şəxs həmin yerə baxış keçirən zaman dəyəri 400 manat olan "Mikon 3100” markalı fotoaparatının oğurlanmasını aşkar etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Masallı rayonu, Bədəlan kənd sakini Şəxs Zərərçəkmiş şəxs məxsus dəyəri 400 manat olan "Mikon 3100” markalı fotoaparatı oğurlamaqla sonuncuya maddi ziyan vurmuşdur. Göstərilən səbəbdən Şəxs barəsində inzibati tədbir görülməsi üçün protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu, Bədəlan kəndində yaşayır. 26 dekabr 2023-cü il tarixdə “Yeni il” şənliyi ilə əlaqədar Masallı şəhəri, Heydər Əliyev adına parkda kukla paltarı geyinməklə azyaşlı uşaqları əyləndirmişdir. Həmin vaxt parkda şəkil çəkən, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs tərəfindən parkın kənarındakı ağacın altında qoyulmuş fotoaparatı görmüş, pula ehtiyacı olduğundan onu satmaq qərarına gəlmişdir. Axşam saatlarında paltarını dəyişdikdən sonra daşın üzərində qoyulmuş fotoapartı götürüərək yaşadığı evə aparmışdır. Səhəri günü həmin fotoaparatı tanışı İbadulla adlı şəxsə 20 manata satmışdır. Sonda Şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Masallı rayonu, Musaküçə kəndində ailəsi ilə birlikdə yaşayır. 26 dekabr 2023-cü il tarixdə Masallı şəhəri, Heydər Əliyev adına parka gedərək “Yeni il” şənliyi ilə əlaqədar istirahət etmək üçün gələn şəxslərin şəkillərini özünə məxsus fotoaparatla çəkərək çörək pulu qazanmışdır. Həmin vaxt özü ilə apardığı "Mikon 3100” markalı fotoaparatın enerjisi bitdiyindən parkın kənarındakı ağacın yanında daşın üzrərinə enrji doldurulmasına qoymuş, şəkil çəkmək üçün oaradan uzaqlaşmışdır. Bir neçə saatdan sonra həmin yerə baxış keçirən zaman dəyəri 400 manat olan "Mikon 3100” markalı fotoaparatının oğurlanmasını aşkar etmiş, DİN-in 102 xidmətinə və Masallı RPŞ-yə ərizə müracit edərək şikayət etmişdir. Sonrdan ona məlum olmuşdur ki, ona məxsus fotoaparatı əvvəllər tanıdığı Şəxs oğrulamışdır. Sonda P.İ.Quliyev ərizə ilə məhkəməyə müraciət edərək, Şəxsla barışmasını və ona vurulmuş ziyanın ödənilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmiş, şikayət və tələbi yoxdur. Şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir, əməlindən peşmandır və iş üzrə icaata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində “Mikon 3100” markalı fotoaparatın oğurlanması və bununla da İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tərəflərin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən təqsirli bilinməli, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar