Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-513/2023 14.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-15 aprel 1968-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, C.Hüseynov küçəsi, ev 26-da qeydiyyatda olan və yaşayan Şəxs Allaşükür oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Allaşükür oğlu xx.xx.2023-cü il tarixdə saat 10:47 radələrində “QAZ 3302” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı şəhəri, Bakı prospektində idarə edərkən sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Azərbaycan Respublikası DİN-in Masallı DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs Allaşükür oğlunun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmiş və barəsində 10 mart 2023-cü il tarixli, AP ******* saylı protokol tərtib edilmişdir. Şəxs Allaşükür oğlu bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs Allaşükür oğlu 10 mart 2023-cü il tarixdə saat 15:47 radələrində ““QAZ 3302” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı şəhəri, Bakı prospektində idarə edərkən sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən onun avtomaşını sərxoş vəziyyətdə idarə edilməsi aşkar edilmiş, alkotestlə yoxlanıldıqdan sonra onda yüngül dərəcəli alkoqol sərxoşluğu təsdiq olunmuşdur. Hazırda əməlindən səmimi peşman olduğunu bildirib barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Allaşükür oğlunun əməli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında akt və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İşdə olan 10 mart 2023-cü il tarixli sərxoşluq vəziyyətinin yoxlanmasına dair ALCOVİSİOR-AZ817 ACE Z-Series markalı alkotestin İN:642594 saylı (protokollaşdırma 02547) çıxarışından görünür ki, Şəxs Allaşükür oğlunda yoxlama zamanı 1.794 faiz sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində gösrəilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Allaşükür oğlunun əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs Allaşükür oğlunun töyrətdiyi inzibati xətanın xarakterini, onun təqsirlik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan qaydada müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-43, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Allaşükür oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Allaşükür oğlunun (10 mart 2023-cü il tarixli, AP ******* saylı protokol üzrə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Lənkəran 5 saylı RQİ və TBŞ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-513/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-513/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver