Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-515/2023 29.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1984-cü ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(050)-1656/2019 saylı icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)- 3724/2017 saylı 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış, X1 qətnamə qanuni qüvvəyə mindiyi gündən 03 may 2008-ci il təvəllüdlü X4 və 17 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. Lakin borclu X6 icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(050)-1656/2019 saylı icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)- 3724/2017 saylı 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış, ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən 03 may 2008-ci il təvəllüdlü X4 və 17 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və hər ay 308 manat aliment borcunu ödəməyə etiraz etmir. Hazırda 3554 manat borcu vardır. Alimentini həmişə ödəmişdir. Lakin bir müddət işsiz qaldığından borcu yaranmışdır. Hazırda yenidən işə düzəldiyindən, qalıq borclarını ödəməyə başlamışdır. Belə ki, sentyabr ayında 450 manat, noyabr ayında 300 manat, dekabr ayında 400 manat mart ayının 28-də isə 400 və 1330 manat pul ödəmişdir. Bundan başqa gələcəkdə aylıq aliment borcu ilə yanaşı əlavə ödənişlər edərək borcunu ödəyəcək. Bir müddət işi olmadığından borcunu tam ödəyə bilməmişdir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığı olmuşdur. Xahiş edir inzibati icraata xitam verilsin. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(050)-1656/2019 saylı icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)- 3724/2017 saylı 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış, X1 qətnamə qanuni qüvvəyə mindiyi gündən 03 may 2008-ci il təvəllüdlü X4 və 17 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa göfrə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. X2 hazırda 3554 manat borcu yaranmışdır. Bundan başqa borcundan sentyabr ayında 450 manat, noyabr ayında 300 manat, dekabr ayında 400 manat mart ayının 28-də isə 400 və 1330 manat pul ödəmişdir. İmkanı olduqca hər ay ödədiyi alimentlə yanaşı əlavə ödəniş edərək qalıq borcunu ödəyəcəyinə söz verir. Protokolun tərtib edilməsinə səbəb tələbkarın borcunu tam tələb etməsidir. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu hal-hazırda olan borcundan müntəzəm olaraq ödənişlər edir və borclunun adında hər hansı əmak olmadığı və daimi iş yeri olmadığı üçün tələbin bir dəfəlik olaraq ödənlməsini icra edə bilmir. Bundan əlavə məhkəmə iclasında verilmiş izahatlardan da aydın olur ki, borclu tələbin icrasından qərəzli olaraq yayınmamışdır. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməmə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs X6 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-515/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-515/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver