Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-52/2023 23.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayon Hişkədərə Bələdiyyəsinin sədri Şəxs iştirakı ilə, Masallı rayon Hişkədərə Bələdiyyəsinin sədri ((AZE 0*******) xx.xx.1961-ci ildə Masallı rayonu Miyankü kəndində anadan olmuş, Masallı rayonu Mişkəmi kəndində qeydiyyatda olmaqla, Masallı rayonu Hişkədərə kəndində yaşayan) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında 28 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Masallı rayon Hişkədərə Bələdiyyəsinin sədri Şəxs tərəfindən Masallı rayon Hişkədərə Bələdiyyəsinin 20 dekabr 2022-ci il tarixli, 16 saylı iclas protokolu vaxtında təqdim edilməmişdir. Bu hərəkəti ilə Masallı rayon Hişkədərə Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayon Hişkədərə Bələdiyyəsinin sədri Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, bələdiyyə sədri olaraq heç vaxt öhdəliklərindən yayınmamışdır.Lakin müəyyən ödənişlər etməli olduğu halda xəstə olduğundan bir gün gec ödəniş etmişdir.Həmçinin, qeyd edilən gecikməylə bağlı ona hər hansı məlumat verilmədən protokol təmin edilmişdir.Odur ki, qeyd edilənlərin nəzərə alınaraq protokola xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işdə olan 20 dekabr 2022-ci il tarixli, 16 saylı iclasın protokolundan görünür ki, Bələdiyyə büdcəsindən Silahlı Qüvvələrin Yardım Fonduna 15 manat, Masallı Kommunal Təsərrüfat İstehsalat Birliyinə çirkab suların çıxarılması və daşınması üçün 300 manat pul vasaitinin ayrılması qərara alınmışdır. İnzibati xəta haqqında işdə olan 28 dekabr 2022-ci il tarixli Masallı rayon Hişkədərə Bələdiyyəsinin sədri Şəxs tərəfindən tərtib edilmiş məlumatdan görünür ki, o, 2020-ci ilin yanvar ayından Masallı rayon Hişkədərə Bələdiyyəsinin sədri vəzifəsində işləyir.Onun səhətində yaranmış ciddi problemlə bağlı bələdiyyənin xx.xx.2022-ci il tarixli 16 saylı iclas protokolu müddət gecikməsi ilə Lənkəran Regional Ədliyyə İdarəsinə göndərilmişdir.Gələcəkdə Bələdiyyə aktlarına inzibati nəzarəti həyata keçirən orqana qanunla müəyyən edilmiş müddətdə göndərilməsini tə\min edəcəkdir və bir daha belə hallara yol verilməyəcəkdir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs təqsiri özünün səmimi etirafı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Masallı rayon Hişkədərə Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-52/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-52/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver