Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-523/2023 30.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonu, Sığdaş kəndində doğulmuş, Masallı rayonu Sığdaş kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-1441/2021 saylı, 07 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 329 (üç yüz iyirmi doqquz) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 349 (üç yüz qırx doqquz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-3080/2021 saylı 25 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1160 (bir min yüz altmış) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 1190 (bir min yüz doxsan) manat pul tutularaq X1 ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzrlü səbəb göstərmədən öz öhdəsinə düşən tələblərin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1441/2021 saylı, 07 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 329 (üç yüz iyirmi doqquz) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 349 (üç yüz qırx doqquz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-3080/2021 saylı 25 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1160 (bir min yüz altmış) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 1190 (bir min yüz doxsan) manat pul tutularaq X1 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Lakin borclu Şəxs icra məmurunun çağırışlarına gəlməkdən yayındığı üçün barəsində axtarış elan edilmişdir. Barəsində axtarış haqqında qərar polis əməkdaşları tərəfindən icra olunaraq borclunun icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Borclu icra vərəqələrinin icraata daxil olduğu zamandan bu günə kimi heç bir ödəniş etməmişdir. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra sənədləri üzrə ondan 349 (üç yüz qırx doqquz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və 1190 (bir min yüz doxsan) manat pul tutularaq X1 ödənilməsi müəyyən edilmişdir. Əvvəllər iş tapa bilmədiyi üçün işləyə bilməmişdir. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Hazırda yaşadığı Sumqayıt şəhərində iş taparaq işləyir. Hazırda yaranmış borcundan hər iki tələbkara ayrı-ayrılıqda 100 manat ödəmək iqtidarındadır. Qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəkdir. Bununla bağlı tələbkar Zərərçəkmiş şəxs ilə aralarında razılıqda əldə olunmuşdur. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 2021-ci il tarixli icra sənədi üzrə Şəxs 1190 (bir min yüz doxsan) manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu məhkəmə qətnaməsi çıxarıldığı vaxtdan bu günə kimi heç bir ödəniş etməmişdir. Lakin hazırda ona 100 manat ödəniş etmiş və qalan borcunuda hər ay hissə-hissə ödəyəcəyi ilə aralarında razılığa gəlmişlər. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-523/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-523/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver