Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-525/2023 13.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 17 mart 2023-cü il tarixdə, saat 23:55 radələrində Masallı şəhəri, Bakı prospektində idarə etdiyi “VAZ-21011” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sürücü işıq cihazlarından düzgün istifadə etmədiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını narkotik vasitə istifadə olunması nəticəsində yaranmış sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 17 mart 2023-cü il tarixdə, saat 23:55 radələrində Masallı şəhəri, Bakı prospektində idarə etdiyi “VAZ-21011” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, həkim müayinəsinə təqdim edildikdən sonra yoxlama zamanı avtomaşını narkotik vasitədən istifadə olunması nəticəsində yaranmış sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Narkotik vasitəni bir müddət əvvəl qəbul etmişdir. Etdiyi əməldən peşmandır. Bir daha belə əmələ yol verməyəcəkdir. Lakin cərimə ödəmk üçün madi imkanı yoxdur, nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına etiraz etmir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 17 mart 2023-cü il tarixli, seriya AP, ******* nömrəli protokoldan görünür ki, Şəxs 17 mart 2023-cü il tarixdə, saat 23:55 radələrində Masallı şəhəri, Bakı prospektində idarə etdiyi “VAZ-21011” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sürücü işıq cihazlarından düzgün istifadə etmədiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını narkotik vasitə istifadə olunması nəticəsində yaranmış sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. 17 mart 2023-cü i il tarixli, 90 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitə THC+ pozitiv (kannabinoid marixuana) sərxoşluğu aşkar olunmuş, o, narkotik sərxoşluq vəziyyətində olmuşdur. Babazadə X1 xəta törətməsi onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətini təyin edilməsi barədə müayinə aktı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Babazadə X1 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-525/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-525/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver