Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-526/2023 10.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1971-ci ildə Masallı rayonu, Hüseynhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hüseynhacılı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 28 mart 2023-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs 03 mart 2023-cü il tarixdə saat 18 radələrində həmkəndlisi X2 məxsus “Samsung A12” markalı mobil telefonunu sındırmaqla ona 300 manat maddi ziyan vurmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulan özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə az miqdarda ziyan vurma inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayonu Hüseynhacılı kəndində ailəsi ilə birlikdə yaşayır. X3 onun həmkəndlisidir. Elməddinlə əvvəllər ədavəti və düşmənçiliyi olmamışdır. Elməddinin atası Şaməddin paybəlli torpağını etibarnamə ilə ona 2031-ci ilə qədər 1200 manat pul alaraq icarəyə vermişdir. Şaməddin ona icarəyə verdiyi paybəlli torpaq sahəsini digər şəxlərə vermək istəmiş, həmin torpaq sahəsini ondan alacağını, onun xəbəri olmadan hömkəndlisi Habil adlı şəxsədən pul alaraq ona söz vermişdir. Aralarında mülklə bağlı mübahisənin yaranma şəbəbi bu olmuşdur. O, xx.xx.2023-cü il tarixdə 17 radələrində həmkəndlisi Şaməddin Quliyevin yaşadığı evinə getmişdir. Həmin vaxt o, Şaməddinin yaşadığı evin həyətinə daxil oduqda Şaməddinin oğlu Elməddin onun qarşısına çıxaraq Elməddinə Şaməddinin ona icarəyə verdiyi paybəlli torpaq sahəsini nə üçün onun xəbərim olmadan həmkəndlisi Habilə satmasını ona bildirmişdir. Həmin vaxt Şaməddinin arvadı Xalidə pəncərədən onu dinləmişdir. Bu zaman o, Xalidəyə də iradını bildirmişdir. X6 arasında mübahisə olmamışdır. O, Elməddin Quliyevi döyməmiş, onun telefonunu sındırmamışdır. Elməddinin anası onun üstünə gələrkən, Elməddinin telefonu əlindən yerə düşmüşdür. Elməddin Quliyev ona böhtan atır. Odur ki, barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan 18 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-in İTB-yə verilməsi qərara alınmışdır. Həmçinin qərarda qeyd edilmiş şahidlərin izahatlarında mobil telefonun Şəxs tərəfindən sındırılması faktı öz əksini tapmışdır. "xxxx" MMC-nin 13 mart 2023-cü il tarixli qiymətləndirici rəydən görünür ki, təqdim edilmiş “Samsung A12” markalı mobil telefon az istifadə edilmişdir, hal-hazırda tam yararsız vəziyyətdədir. Telefonun ilkin satış qiyməti 600 manat, ikinci əl satış qiyməti 300 manatdır. Telefonun yerə çırpılaraq sındırılması nəticəsində sahibinə 300 manat ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli, inzibati xəta haqqında protokol, 18 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində bir mislidə cərimə edilməsini məqsədəuyğundur. X1 izah edilir ki, o, 300 manat maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib dəymiş ziyanın bir misli miqdarında 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-526/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-526/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver