Məhkəmə qərarları › İş №3(050)-529/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-529/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-529/2024 12.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (xx xxxxx 1984cü ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu, Mollahəsənli kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Baxşeyş oğlu 18 yanvar 2024-cü il tarixdə "Zəvvar" ovçuluq təsərrüfatının ot yeri adlanan ərazisində qanunsuz ov etdiyi aşkar edilmişdir. Şəxs Baxşeyş oğlu bu hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sahə müfəttişi X1 tərəfindən 02 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, 18 yanvar 2024-cü il tarixdə Şirvan Milli parkının "Zəvvar" ovçuluq təsərrüfatının ot yeri adlanan sahəsinə sənədləri olan ov tüfəngi vasitəsi ilə ova çıxmışdır. Lakin heç bir ov edə bilməmişdir. Bu səbəbdən tüfəngin müsadirə edilməməsi, hazırda etdiyi əməldən peşman olması nəzərə alınaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli parkının "Zəvvar" ovçuluq təsərrüfatı əməkdaşları tərəfindən tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli, 000321 aktdan görünür ki, Brokonyerliyə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən növbəti xidməti reyd zamanı təsərrüfatın "ot yeri" adlanan ərazisində qanunsuz ovla məşğul olan iki nəfər saxlanılmışdır. Aparılan söhbət zamanı məlum olmuşdur ki, həmin şəxslərin biri Cəlilabad rayonu Sabirabad kənd sakini X2, digər isə Masallı rayonu Mollahəsənli kənd sakini Şəxsdur. Qanunsuz ovla məşğul olan X2 üzərindəki 12 çaplı, "retay" markalı, G210 75182 nömrəli ov tüfənginə aid sənədləri və Şəxs üzərində MR-155 markalı, 12 çaplı, ********** nömrəli ov tüfənginə aid sənədləri təqdim etmişlər. Hər iki şəxsin ov çantasına baxış keçirilmişdir və heç bir ov qəniməti aşkar edilməmişdir. Bununla vətəndaşlar X2 və Şəxs Azərbaycan Respublikası" ovçuluq haqqında" və "Heyvanlar aləmi haqqında" qanunların müvafiq tələblərini pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə uyğun inzibati xəta törətdikləri müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Ə-140/22 nömrəli şəhadətnamədən görünür ki, 12 kalibrli, MR-155 markalı, ********** nömrəli ov silahı Şəxs tərəfindən saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, işə əlavə edilmiş inzibati xəta haqqında 02 fevral 2024-cü il tarixli MN ******* nömrəli protokol, 18 yanvar 2024-cü il tarixli, 000321 akt və digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşmançılığını məsuliyyəti yüngüləşdirilən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində Şəxs 6 (altı) ay müddətə ov hüququnun məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə ov hüququ məhdudlaşdırılsın. 12 kalibrli, MR-155 markalı, ********** nömrəli ov silahı sahibi Şəxs qaytarılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar