Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-534/2024 26.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədirliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Masallı rayonu, Çaxırlı kənd sakini Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə etməsi nəticəsində avtomaşını sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində 25 fevral 2024-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, O, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçu olmaqla N saylı hərbi hissədə xidmət aparır və hazırda məzuniyyətdədir. İş materiallarında olan AD № ******* saylı şəxsi vəsiqədən görünür ki, Şəxs müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusudur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dindirib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati materiala baxılması Masallə rayon məhkəməsinin hakiminin səlahiyyətinə aid olmadığndan geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müddətdən artıq həqiqi xidmət hərbi qulluqçudur. Belə olan məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamamlıq var həmin natamamlıq aradan qaldırılması üçün onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə olan inzibati protokol və protokola əlavə edilmiş sənədlər Masallı Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-534/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-534/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver