Məhkəmə qərarları › İş №3(050)-541/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-541/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-541/2023 17.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Şəxs MMC-nin rəhbəri Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ünvan 1i ünvanı olan (VÖEN **********) Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında 28 mart 2023-cü il tarixli, EP ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC (VÖEN **********) 25224 ABŞ dolları məbləğində olan vəsaiti 02 mart 2021-ci il tarixdə xaricə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 25224 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal edilməmiş və valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 03 mart 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununlada Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, qeyd edilən gömrük bəyənnaməsini vaxtında banka təqdim etmişdir və sənədlərində heç bir çatışmamazlıq yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 16 mart 2023-cü il tarixli, KB-83/2-42/2023 nömrəli məktubdan və əlavə olunmuş sənədlərdən görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tələbi olaraq, idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətin idxalını təsdiq edən sənədi Banka təqdim etməlidir. Şəxs MMC xx.xx.2021xx.xx.2021-ci il tarixlərində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri "xxxx" ASC-ǝ tam olaraq təqdim etməmişdir. Beləliklə, iş materilları ilə müəyyən olunur ki, Şəxs MMC (VÖEN **********) 25224 ABŞ dolları məbləğində xarici valyuta olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 02 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Həmin köçürməyə əsasən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron baza məlumatlarından çıxarışdan görünür ki, kommersiya qurumu olan Şəxs MMC-nin (VÖEN **********) qanuni təmsilçisi Nümayəndədur. İşə əlavə olunmuş "xxxx" ASC tərəfindən Şəxs MMC-nin direktoru Nümayəndə ünvanlanmış 12 aprel 2023-cü il tarixli, 0288 nömrəli məlumat məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli müraciətiə cavab olaraq bildirilir ki, "xxxx" ASC-nin Neftçilər filialından xx.xx.2021-ci il tarixdə köçürülən 50000 ABŞ dolları vəsaitin 21611.56 ABŞ dolları hissəsi **********8757 nömrəli xx.xx.2022-ci il tarixli YGB ilə, 28388.44 ABŞ dolları hissəsi isə **********7455 nömrəli xx.xx.2023-cü il tarixli YGB ilə, xx.xx.2021-ci il tarixdə köçürülən 25224 ABŞ dolları vəsait **********7455 nömrəli xx.xx.2023-cü il tarixli YGB ilə, xx.xx.2021-ci il tarixdə köçürülən 43,088.00 USD vəsait **********7455 nömrəli xx.xx.2023cü il tarixli YGB ilə bağlanılmışdır. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi təqdim edilmədiyi üçün qeyd edilən qrafada hər hansı qeyd aparılmamışdır. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********6049 nömrəli Qısa İdxal bəyannaməsinin 40-cı qrafasından görünür ki, Şəxs MMC tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi təqdim edilmədiyi üçün qeyd edilən qrafada hər hansı qeyd aparılmamışdır. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********455 nömrəli Gömrük bəyannaməsindən (05 aprel 2023-cü il tarixdə Bank Respublika ASC tərəfindən təsdiq edilmiş) görünür ki, Şəxs MMC tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmuş **********6049 nömrəli qısa idxal bəyannaməsi təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********455 nömrəli Gömrük bəyannaməsindən (05 aprel 2023-cü il tarixdə Bank Respublika ASC tərəfindən təsdiq edilmiş) görünür ki, Şəxs MMC-nin (VÖEN **********) bank hesabından 02 mart 2021-ci il tarixdə 25224 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin köçürməyə əsasən mallar xx.xx.2023-cü il tarixli, **********455 nömrəli Gömrük Bəyannaməsinə əsasən ölkədəyə daxil olmuşdur. Şəxs MMC-nin inzibati xəta üzrə təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədəuyğun hesab edir. Belə ki, xx.xx.2023-cü il tarixli, **********455 nömrəli Gömrük Bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 02 mart 2021-ci il tarixdə sifariş edilmiş malların ölkəyə daxil olmasını göstərən gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixdə, yəni 2 (iki) il müddət keçdikdən sonra, həmçinin 05 aprel 2023-cü il tarixdə isə Banka təqdim olunmuşdur. İnzibati cərimənin məbləği inzibati xətanın bilavasitə obyekti olmuş 25224 (iyirmi beş min iki yüz iyirmi dörd) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həcmində, yəni 5044.8 (beş min qırx dörd, səkkiz) ABŞ dolları məbləğində olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi:

1. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 25224 (iyirmi beş min iki yüz iyirmi dörd) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həcmində, yəni 5044.8 (beş min qırx dörd, səkkiz) ABŞ dolları (ödəmə günü məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə edilsin.

2. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın

3. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar