Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-542/2024 12.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, qərardan şikayət verən şəxs X6 iştirakı ilə, X6 Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin polis Baş X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Baş etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Balaxanı kənd yolunda hərəkətdə olarkən arxadan sonradan adını bildiyin X4 idarə etdiyi Citroen markalı **-TH- *** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilini vurmuşdur. Ravil Qəribov ara məsafəni düzgün saxlamadığından qəza hadisəsi törətmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, ölçü işlərini apardıqdan sonra onu Bakı şəhəri, Baş Yol Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. xx.xx.2023-cü il tarixdə inzibati binada olarkən Rəşad adlı polis onu qəbul edərək izahatını almışdır. Hadisənin necə baş verdiyini şifahi və yazılı ərizəsi ilə bildirmişdir. Rəşad adlı polisdə ona bildirib ki, sənlik heç bir şey yoxdur, ged öz avtomobilini düzəltdir. Qəza zamanı hər ikinizin günahı var (yəni polis diliynən desək abayudni vəziyət yaranır). O, polisin sözünə əsasən istifadəsində olan avtomobilini düzəltdirmidir. Ona inzibati tənbeh vermə haqqında protokol və qərar yazılmamışdır. Masallı rayon İcra və Probasiya şöbəsindən ona SMS gələrək 1800 manat borcunun olduğu bildirilmişdir. O, bu barədə dərhal Masallı rayon məhkəməsinə müraciət etmişdir. Məlumatı olmadan barəsində qətnamə qəbul edilmişdir. Qətnaməni rəsmi qaydada aldıqdan sonra apellyasiya şikayəti vermişdir. Mülki iş hal-hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Şirvan Apellyasiya Məhkəməsinin iclasında hadisələrin necə baş verdiyini izahatında bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Pərviz Əhmədov iş materiallarını araşdırarkən ona izah etmişdir ki, onun barəsində inzibati qərar var və sən ondan məhkəmə qaydasında şikayət etməmisən. O, məhkəməyə bildirmişdir ki, barəsində tərtib olunmuş qərardan onun məlumatı yoxdur və qərar ona rəsmi qaydada göndərilməmişdir. Məhkəmə iclası xx.xx.2024-cü il tarixdə saat 15:00-da keçirilmiş, məhkəmə iclasından sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Baş Yol Polis İdarəsinin inzibati binasına yaxınlaşaraq barəsində yazılmış qərarın surətini almışdır. Aldıqdan dərhal sonrada məhkəmə qaydasında şikayətini etmişdir. Yəni o, heç bir qaydanı pozmayarq barəsində haqsız olaraq qərar qəbul edilmişdir. O, qərar ki, heç bir qanuna əsaslanmır. Polis qərarı yazarkən heç bir mötəbər sübuta istinad etməmişdir. Əgər onun qanunu pozmağı barədə hər hansı bir sübutu varsa məhkəməyə təqdim edilsin. Heç bir təqsiri olmadan ona qərar yazılmışdır. Odur ki, hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Qərardan şikayət vermiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onun barəsində qanunsuz olaraq cərimə yazılmışdır. Odur ki, şikayətin təmin edilməsini Bakı şəhər DYPİ-nin polis Baş X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhər DYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 may 2024-cü il tarixli, 8/1023-4/539 saylı ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş "VİD 490_015140" adlı videoyazıya görə VAZ2107 və "Citroen" markalı avtomobillərin sürətini tədqiqi hissədə göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş "VİD 490_015140" adlı videoyazıya görə hadisənin xronoloji ardıcıllığı tədqiqi hissədə verilmişdir. Videoyazıda qeydə alınan iki vizual hadisə arasında keçən real zaman müddətini PTS göstəricilərinə uyğun hesablamaq olar. VAZ 21074 markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 19.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. 19.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, 22 fevral 2024-cü il tarixli EQ 19592162 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətmiş olması polis söbəsi tərəfindən protokol tərtib edilərkən çəkilmiş fotoşəkillər ilə təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 may 2024-cü il tarixli, 8/1023-4/539 saylı ekspert rəyindən görünür ki, X6 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X6 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.1-ci maddəsində nəzərdə tutulmuş son zərurət həddinin aşılmasına yol verilməməsi halı müəyyən edilmədiyi və onun hərəkətinin inzibati xəta hesab olunmamasını istisna edən hərəkət olmadığı üçün şikayət təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində X5 128 manat məbləğində pul vəsaiti X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT -CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********, Hesab AZ34CTRE********************) xeyrinə tutulmalıdır. Bu səbəbdən göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. X5 128 manat məbləğində pul vəsaiti X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT -CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********, Hesab AZ34CTRE********************) xeyrinə tutulsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-542/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-542/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver