Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-544/2023 05.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 26 avqust 1998-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 mart 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu vuraraq xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla bir müddət Bakı şəhərində qeyri-rəsmi olaraq yaşamışdır. Lakin bir müddət öncə Masallı Rayon Məhkəməsində təyin olunmuş işlə əlaqədar Masallı rayonuna gəlmişlər. Məhkəmə prosesi bitdikdən sonra Zərərçəkmiş şəxs onunla birlikdə Bakı şəhərinə getməyəcəyini, Masallı şəhərində kirayə ev tutmasını və burada birlikdə yaşamalarını bildirmişdir. O, isə Aytənin bu təklifi ilə razılaşmamış və Aytən anasını evində qalmış o, isə çıxıb getmişdir. Bu səbəbdən də ayrılmışlar, Zərərçəkmiş şəxs ayrıldıqdan sonra bugünkü günə kimi bir daha onu görməmişdir. Çünki o, döyüş əməliyyatlarında iştirak etmişdir və bununla bağlı əsəb xəstəsidir və 02 mart 2023-cü il tarixdə də Köhnə bazar deyilən ərazidə olmamış xəstəxanada stasionar müalicədə olmuşdur. Belə ki, 10 gün xəstəxana şəraitində müalicə olunmuş və daha sonra ambulator qaydada ev şəraitində müalicə almışdır. Hazırda da müalicə olunur. O, Zərərçəkmiş şəxs həmin tarixdə görməmiş və onu döyməmişdir. Zərərçəkmiş şəxs qeyd etdikləri şər və böhtandır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs xeyli vaxtdır tanıyır. Onunla qeyri rəsmi ailə münasibətdə yaşamışdır. Azər narkotik vasitələri istifadəçisidir. Azər ona hədə qorxu gəlir, oda Azəri sakitləşdirmək üçün ona pul verir ki, Azər özü üçün narkotik vasitə alsın və istifadə edərək sakitləşsin. Elədə olur Azər narkotik vasitəni qəbul etdikdən sonra sakitləşir və sakitləşdikdən sonra onunla mehriban davranır. Lakin narkotik vasitənin təsiri keçdikdən sonra Azər yenidən gəlib onu döyür. Ona zəng vurur onu təhqir edir, oda telefonda danışdıqları zaman Azəri söyür və ondan əlçəkməsini, odan uzaq durmasını tələb edir. O, Azərdən uzaqlaşmaq ayrılmaq istəyir. Lakin hər dəfəsində Azər ondan pul tələb edir ki, gedib narkotik vasitə alsın, oda məcbur olub hər dəfədə ona pul vermişdir. Hər dəfə narkotik vasitənin təsiri altında olduğu zaman onunla mehriban olur, 5-10 gün onunla mehriban yaşayır, lakin pulu bitdikdən sonra yenidən onunla pis davranmağa başlayır, onu döyür, onu təhqir edir. 02 mart 2023-cü il tarixdə Azər ona zəng vuraraq ondan 10 manat pul tələb etmiş, o, isə Azərə pulunun olmadığını bildirmiş, lakin Azər ona inanmadığı üçün Azəri telefonda söyərək telefonu söndürmüşdür. Həmin gün axşamçağı işdən çıxdıqdan sonra Azər onu Köhnə bazar adlanan ərazidə onunla rastlaşmış və bu zaman Azər onun saçından tutub onu vuraraq yerə yıxmışdır. Bu zaman qolu qanamış və üstü-başı palçıqlı olmuşdur. Həmin vaxt orada taksi sürücüləridə olmuşdur. Azər onu vurduqdan sonra çıxıb getmişdir. Sonra o, DİN-nin 102 xidmətinə zəng etmişdir. Lakin polis əməkdaşları hadisə yerinə gəlmədikləri üçün o, özü polis şöbəsinə getmiş və ərizə ilə müraciət etmişdir. Odur ki, Şəxs ağır cəza verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 210 nömrəli rəyiə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin qançırı, döş qəsəfinin sol yan hissəsinin sıyrıqlar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, törəmə müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və saxğamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 31 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Cəlal əbülfəzli tərəfindən 05 aprel 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-544/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-544/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver