Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-545/2023 17.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. X4 Azərbaycan Respublikasının DİN-nin Masallı rayon Polis şöbəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 27 mart 2023-cü il tarixli, MN ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X11 şikayət ərizəsində Azərbaycan Respublikasının DİN-nin Masallı rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 27 mart 2023-cü il tarixli, MN ******* saylı qərarın qanunsuz olmasını və ləğv edilməsini xahiş etmişdir. X11 şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə döyülərək xəsarət almağı barədə Masallı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Alqış Əliyev onun əridir. xx.xx.2023-cü il tarixdə o Alqış Əliyevlə birlikdə Masallı rayonuna yas mərasiminə getmişdir. Onlar yasdan çıxdıqdan sonra o, Masallı rayonu, Köhnə Alvadı kəndində yaşayan valideynlərinə baş çəkmək məqsədi ilə Alqış Əliyevlə birlikdə kəndə getmişdir. Valideynləri qardaşı Şimşək Əliyevlə birlikdə yaşayır və onunla Şimşək arasında ailə münasibətləri zəmnində mübahisə olduğundan onlar uzun müddətdir ki, danışmırlar. O, anasının yanında olan zaman Şimşək heç bir səbəb olmadan qan düşəcəyini bildirmişdir. Həmin vaxt o, qardaşından hansı səbəbə qan düşəcəyini soruşduqda, Şimşək heç bir səbəb olmadan mətbəxtə gedərək bıçaq götürmüş və onun üzərinə gəldi. Onu və əri Alqış Əliyevi hədələməyə başlamışdır. Bu zaman atası və anası araya girərək, onu sakitləşdirmişdir. Həmin vaxt qardaşının arvadı Gülnar Əliyeva arxadan onun saçından tutaraq sürüyərək yerə yıxmış və onu əli ilə vuraraq boyun və sağ və sol çiyin nahiyyələrinə xəsarətlər və fiziki ağrılar yetirmişdir. Daha sonra onu və əri Alqış Əliyevi qovaraq evdən çıxarmışdır. Qardaşının arvadının ona xəsarət yetirməsi verilmiş ekspert rəyi ilə təsdiq olunur. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyində Şəlalə Əliyevanın bədəni üzərində, sol çiyin nahiyyəsinin sıyrığı, sağ və sol bazu və sol çiyin nahiyyəsinin qançırları müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən 11-15 gün əvvələ uyğun gəlir. xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi inkar olunmur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bədənində olan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmədiyinə görə şikayəti əsasında cinayət işi başlanılmasının rədd edilməsi barədə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Xalid Qurbanov tərəfindən 25.03,2023-cü il tarixdə qərar qəbul etmişdir. Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Xalid Qurbanovun xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərara əsasən X2 barəsində Azərbaycan Respublikası İXM- nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə verilmişdir. Masallı RPŞ-nin vəzifəli şəxsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilərək Gülnar Əliyeva 300 manat məbləğində cərimə edilmişdir. O, X5 barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri ilə razı deyil, çünki həmin cəza çox yüngüldür. Qanunun tələblərinə görə X7 qəbul etdikləri protokol və qərarlar Ədalət və Humanizm prinsiplərini özündə əks etdirməlidir. Humanizm - insan rifahının, sosial institutların qiymət meyarının qiymət meyarının, bərabərlilik ədalət kimi bəşəri prinsipləri insanı məhəbbət və ehtiramı müəyyən edir. Həmçinin Azərbaycan Respublikası İXM-nə əsasən 157-ci maddəsinin sanksiyasında 2 ay müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Həmin həbsi isə polis deyil, məhkəmə verməlidir. X8 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. X3 tərəfindən ünvanlanmış, 17 aprel 2023-cü il tarixli teleqramda göstərilmişdir ki, o, şikayətini müdafiə edir, iştirakı olmadan şikayətinə baxılıb təmin edilməsini xahiş edir. Azərbaycan Respublikasının DİN-nin Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan nümayəndələrini məhkəmə iclasına göndərməmiş və göndərməməsinin səbəbi barədə məlumat verməmişlər. Odur ki, məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. 25 iyun 2023-cu il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu Köhnə Alvadı kənd sakini X1 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə qaynı X9 onu və arvadı Şəlalə Əliyevanı ölümlə hədələməsi və Şəlalə Əliyevanı döyərək xəsarət yetirməsi barədə məlumat verməsi, eyni zamanda X4 xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə qardaşı Şimşək Əliyevin onu və əri Alqış Əliyevi ölümlə hədələməsi və qardaşı arvadı Gülnar Əliyevanın onu döyərək xəsarət yetirməsi barədə toplanmış materiallarda cinayət işinin başlanması rəd edilmiş, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilmişdir. 24 iyul 2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gülnar Əliyeva xx.xx.2023-cü il tarixdə Şəlalə Əliyevanı döymüşd və onun barəsində Azərbaycan Respublikası İXM-nə əsasən 157-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Masallı rayon Polis Şöbəsinin rəis müavinin 27 mart 2023-cu il tarixli, MN 11566336 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Gülnar Əliyeva Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 manat inzibati cərimə eedilmişdir. Azərbaycan Respublikası İXM-nin 30.1.-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-cü maddəsində qeyd edilmişdir ki, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 362- 3, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 103.2-ci maddəsində qeyd edilmişdir ki, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya İXM-nın Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, İXM-nin 157 maddəsinin sanksiyasında inzibati həbs nəzərdə tutulduğuna görə, X6 barəsində inzibati materiala səlahiyyətli şəxs olaraq hakim tərəfindən baxılmalı idi. Bununla da haqqında 27 mart 2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilərkən, İXM-nin 30.1, 43.1. və 103.2-ci maddələrində nəzərdə tutulmuş aidiyyət və səlahiyyətlə bağlı prosessual tələblər pozulmuşdur. Ona görə də şikayət verilmiş qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.5.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səəlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və İXM-in 133, 134, 135, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilsin. Masallı rayon Polis şöbəsinin vəzifəli şəxsiı tərəfindən qəbul edilmiş 27 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati icraat üzrə aidiyyət qaydalarına əməl olunması üçün qərarın surəti Masallı rayon polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı rayon məhkəməsi və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-545/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-545/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver