Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-546/2023 07.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1976-cı ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 10 mart 2023-cü il tarixdə saat 13:00 radələrində Masallı rayonu Xırmandalı kəndində həmkəndilisi X3 döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Masallı rayonu Xırmandalı kəndində yaşayır. Rahət Abdullayev onun həmkədlisidir. Rahət həmin kənddə mağaza işlədir. Onun Rahətə 110 manat borcu vardır 10 mart 2023-cü il tarixdə saat 13 radələ\rində kənd ərazisində Rahət onu görmüş və ona borcunu qaytarmağı bildirmişdir. O, isə Rahətə pulunun olmadığını bildirmişdir. Bu zaman aralarında mübahisə olmuş və o, Rahətlə tutuşmuş , bir birilərini itələmişlər. Həmi zaman onun əli Rahətin sifəinə dəymişdir. Sonradan Rahət onun barəsində şikayət etmişdir. Hazırda etdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmaq istəsə də, o, buna razı deyil. Ona yüngül verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Masallı rayonu, Xırmandalı kəndində yaşayır. Şəxs onun həmkəndlisidir. Təxminən 1 ilə yaxındır ki, o, Rasimə 110 manat borca pul vermişdir. 10 mart 2023-cü il tarixdə saat 13 radələrində Rasimi görmüş və ona borcunu qaytarmasını bildirmişdir. Rasim isə ona olan borcunu qaytarmayacağını bildirmişdir. Bu zaman aralarında mübahisə olmuş, Rasim onun üzünə yumruqla vurmuş və onun dodağı xəsarət almışdır. Daha sonra kənd ərazisində olan sakinlər onları ayırmış və o, Rasim barəsində polisə şikayət etmişdir. Hazırda Rasimlə barışmamışdır, ona qanunamüvafiq qaydada cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 11 mart 2023-cü il tarixli 220 saylı ekspert rəyindən görünür ki, X2 yuxarı dodağın iç hissəsinə qansızma, aşağı dodağın iç hissəsinin sıyrığı və sol yanaq nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 10 mart 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. 30 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-in İTBnə verilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş X1 məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 11 mart 2023-cü il tarixli 220 saylı ekspert rəyi, 30 mart 2023-cü il tarixli il cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddəsinə əsasən Şəxs səmimi peşmançılığı inzibati xəta törətməsində məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Həmçinin onun peşman olması və zərərçəkmiş şəxslə barışığa cəhd göstərməsi kimi hallar nəzərə alınaraq, oan aşağı həddə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi məqsədəuyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40- 43, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 07 aprel 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxs Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-546/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-546/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver