Məhkəmə qərarları › İş №3(050)-55/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-55/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-55/2023 30.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1977-ci ildə Ağsu rayonunda doğulmuş, Ağsu rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 26, mənzil 12-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 04 yanvar 2023-cü il tarixdə 09:43 radələrində idarə etdiyi “MERSEDES” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Yardımlı yolunda hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, hal hazırda Tərtər rayonunda hərbiçidir.O, bu vaxta kimi heç vaxt spirtli içki qəbul etməmişdir. Belə ki, 04 yanvar 2023-cü il tarixdə səhər saatlarında polis əməkdaşları onu qayda pozuntusuna görə saxlamışlar. Yoxlama zamanı onun spirtli içki qəbulu nəticəsində sərxoş olduğunundan şöbhə edilərək, onu polis şöbəsinə dəvət etmişlər.O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və orada alkotestr müayinəsindən keçmişdir.Bu zaman alkotestrın nəticəsinə əsasən spirtli içki qəbulu nəticəsində sərxoş olduğu qeyd edilmişdir.Buna dair protokol tərtib edilmiş, alkotestr qəbzinə imza çəkmiş və alkotestrın nəticəsinə razılıq alınmışdır.Lakin o, qeyd edilən nəticə ilə razılaşmadığı üçün Masallı rayonunda yerləşən xəstəxanalara müraciət etmiş, lakin sərxoşluq vəziyyətinin yoxlanılması üçün şərait olmadığı qeyd edilmişdir.Həmin gün həmin radələrdə Lənkəran şəhərində yerləşən xəstəxanaya getmişdir.Xəstəxananın tərtib etmiş olduğu akta əsasən isə sərxoş olmadığı müəyyən edilmişdir.Odur ki, hazırkı protpokola sərxoşluq vəziyyətinin aşkar edilməməsi səbəbəindən xitam verilməsini xahiş etdi. İşə əlavə olunmuş DYPB-nin YPXİ-nin polis serjantı X1 tərəfindən tərtib edilmiş 04 yanvar 2023-cü il tarixli, AP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs 04 yanvar 2023-cü il tarixdə 09:43 radələrində idarə etdiyi “MERSEDES” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Yardımlı yolunda hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə qəbzindən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkaqolun miqdarı 1.632 %) Məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 04 yanvar 2023-cü il tarixli 000029 saylı aktda qeyd olunmuşdur ki, 04 yanvar 2023-cü il tarixdə, saat 11:45-də Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri inzibati materiala əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs 04 yanvar 2023-cü il tarixdə, saat 11:45-də sərxoş vəziyyətində olmadığını bildirən aktın mövcudluğu, həmin şəxsin eyni tarixdə, saat 09:43-də birmənalı olaraq sərxoş vəziyyətdə olmadığını deməyə əsas vermir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə tərtib olunmuş 2904 yanvar 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023-cü il tarixli qəbz, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar