Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-55/2025 16.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X5, Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, X3 Masallı RPŞ-nin X9 rəisi, polis polkovnik-leytenantı X6 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 19 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək, Masallı RPŞ-nin X9 rəisi, polis polkovnik-leytenantı X6 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 19 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı RPŞ-nın X9 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 19 dekabr 2024-cü il tarixli MN № ******* saylı qərarı ilə X3 15 noyabr 2024-cü il tarixdə Masallı rayonu Sığdaş kəndində X4 əlinə sillə ilə vurmaqla Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyim qənaətinə gəlinmiş və zərərçəkmişin onunla barışması əsasına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qeyd edilən qərarın qəbul edilməsi üçün əsas eyni tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol olmuşdur. Lakin həmin vaxt Hümmət Cəfərovun hüquqları və vəzifələri izah edilməmiş, protokola izahatlarını qeyd etməsinə şərait yaradılmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 100.1.7 və 100.2-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı zamanı sübut edilməli olan hallardan biri də inzibati xəta hadisəsidir. Mübahisəli qərarla Hörmət Quliyevin əlinə sillə vurması qənaətinə gəlinərək buna görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinmişdir. Halbuki o, Hörmət Quliyevin razılığı olmadan telefonla onu çəkməsinə etiraz edərək buna mane olmaq istəmişdir. Lakin, onun nə sifətinə, nə də əlinə vurmamışdır. Bunlar isə həm məscidin kameralarında əks olunmuş, həm də hadisəni görən şəxslər də təsdiq edə bilərlər. Lakin, nə məscidin videogörüntüləri tədqiq edilməmiş, nə də hadisəni görən şəxslər dindirilməmişdir. Ümumiyyətlə nə protokol tərtib edilərkən, nə də mübahisəli qərar qəbul edilərkən heç bir araşdırma aparılmamış, yalnız Masallı RPŞnin Təhqiqat Bölməsinin qərarına istinad edilmişdir. Həmin qərardan isə məhz əməlində inzibati xətanın tərkibi olması hissəsində müvafiq qrumlara şikayət etmişdir. O da Hörmət Quliyevin onun sinəsindən əli ilə vurmasını bildirmiş və onun özünün çəkilişində əli ilə sinəsindən itələməsi aşkar görünür. Necə olur ki, əlinin Hörmət Quliyevin əlinə toxunuşunu əks etdirən görüntü olmadığı halda, onu döyməsi qənətinə gəlinir, lakin onun əli ilə sinəsindən itələməklə onunla təmasda olması özünün çəkilişində əks olunmasına baxmayaraq, bu döymə kimi qiymətləndirilmir. Hörmət Quliyevin əli ilə sinəsindən itələməsində məqsədi onu döymək deyil, özündən kənarlaşdırmaq olmuşdur. Onun da məqsədi razılığı olmadan telefonla çəkilişinə mane olmaq olmuşdur. Buna görə də göstərilən hallar İXM-nin 53-cü maddəsində icraatı rədd edən hallar kimi nəzərdə tutulmuş və İXM-nin 105.1-ci maddəsinə əsasən belə vəziyyətdə zərərçəkmiş şəxslə barışığa görə deyil, inzibati xəta hadisəsi olmaması əsasına görə icraata xitam verilməli idi. Məhkəmə iclasında şikayətçi Hümmət Cəfərovun izahatı alınarkən bildirmişdir ki, sözügedən qərarla razı deyil. Belə ki, o, Hörmət Quliyevi vurmamışdır. Bu fakt Hörmət Quliyev tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli barışıq ərizəsi ilə bir daha təsdiq olunur. İnzibati xəta haqqında iş üzrə araşdırma aparılmadan Hörmət Quliyevin barışıq ərizəsi əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Heç bir inzibati xəta törətmədiyinə baxmayaraq, əsassız yerə olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi, polis kapitanı X7 izahatında göstərdi ki, şikayətlə razılaşmır, hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Sığdaş kəndində yaşayan X8 DİN-nin 102 xidmətinə və Boradigah PB-nə ərizə ilə müraciət edərək, həmin tarixdə X5 tərəfindən döyülərək xəsarət alması barədə məlumat vermişdir. Hörmət Quliyevin müraciəti əsasında Masallı RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis kapitanı X10 tərəfindən müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində xx.xx.2024-cü il tarixdə Masallı rayonu Sığdaş kəndində, məscidin həyətində şəxsi münasibətlər zəmnində mübahisə baş verdiyi, mübahisə zamanı X5 qəsdən X1 əlinə sillə ilə vuraraq fiziki ağrı yetirdiyi müəyyən edilmişdir. Nəticədə cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Boradigah PB-yə göndərilmişdir. İnzibati material onun icraatına verilmişdir. Həmin inzibati materialın araşdırması dövründə zərərçəkmiş şəxs X8 xx.xx.2024-cü il tarixdə Boradigah PB-yə ərizə ilə müraciət edərək Hümmət Cəfərov tərəfindən döyülməsi ilə bağlı DİN-102 ximdətinə və Masallı RPŞ-nin Boradigah PB-yə müraciət etməsinə baxmayaraq, hal-hazırda sonuncu ilə barışdığını, ona qarşı şikayət və tələbin olmaması olmaması bildirmiş, Hümmət Cəfərov barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hörmət Quliyevin ərizəsi və tərəflərin barışığı nəzərə alınaraq Boradigah PB-nin rəisi Pərviz Məmmədov tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Buna baxmayaraq, Hörmət Quliyev təkrarən xx.xx.2024-cü il tarixdə Boradigah PB-yə ərizə ünvanlayaraq Hümmət Cəfərovla arasında sözlə mübahisə baş verdiyini, Hümmət Cəfərov tərəfindən döyülmədiyini, sadəcə əsəbi gərginlik keçirdiyini, hazırda barışdıqlarını bildirmiş, qeyd edilən inzibati xəta haqqında iş üzrə icraata artıq xitam verildiyindən sonuncu ərizə iş materiallarına əlavə edilmişdir. Hesab edir ki, qərar tam əsaslı və qanuni olmaqla tərəflərin iradəsinə uyğun şəkildə qəbul edilmiş, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin və qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: X8 tərəfindən Masallı RPŞ-nin Boradigah PB-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilir ki, xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə və Boradigah PB-yə Hümmət Cəfərov tərəfindən döyülməsi barədə şikayət etmiş, hal-hazırda Hümmət Cəfərovla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində İXM-nin 157-ci maddəsinə xitam verilməsini xahiş etmişdir. Masallı RPş-nin Boradigah PB-nin rəisi, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN 022848 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 39.1 və 53.1.9-cu maddəsinə əsasən (inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması) xitam verilmişdir. X8 tərəfindən imzalanmaqla Masallı RPŞ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən göstərilir ki, “xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Sığdaş kənd məscidi həyətində məscidin icma sədri Sığdaş kənd sakini Hümmət Cəfərovla aralarında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı Hümmət Cəfərov mənə nə yumruq, təpik, nə də sillə vumamışdır. Mən də ona heç bir fiziki xəsarət yetirməmişəm. Sadəcə əsəbilik və gərginlik keçirdiyim üçün şikayət etmişdim. X15 barışmışıq, heç bir narahatlıq yoxdur”. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli MN 022848 saylı qərar X4 iradə ifadəsini əks etdirən xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən qanuni əsaslarla qəbul edilmişdir. Həmin ərizə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuşdur. Bu fakt məhkəmə iclasında təsdiqini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Hümmət Cəfərov tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Hörmət Quliyevin şikayəti əsasında polis bölməsində toplanmış material və material üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla tam təsdiq edilmişdir. Belə ki, araşdırma nəticəsində təhqiqatçı tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu Sığdaş kəndində, məscidin həyətində şəxsi münasibətlər zəmnində mübahisə baş verdiyi, mübahisə zamanı X5 qəsdən X1 əlinə sillə ilə vuraraq fiziki ağrı yetirmişdir. Buna görə də şəxsin əməlində İXM-nin 157-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə görə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İnzibati xəta haqqında iş üzrə icraat aparılarkən zərərçəkmiş şəxs Hörmət Quliyev ərizə təqdim edərək Hümmət Cəfərovu bağışladığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdiyindən X9 rəisi tərəfindən Hümmət Cəfərovun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin müvafiq maddələrinə istinad edilməklə xitam verilmişdir. Məhkəmə şikayətçinin şikayət ərizəsinə əlavə edərək təqdim etdiyi Hörmət Quliyevin adından yazılmış ərizəyə münasibətdə isə qeyd edir ki, Hörmət Quliyev bütün araşdırma müddətində israrla şikayətini araşdırma orqanına bildirmiş, bunun nəticəsində araşdırma aparılaraq qərar qəbul edilmişdir. Araşdırma başa çatdıqdan sonra şəxsin başqa məzmunlu ərizə təqdim etməsi araşdırma dövründə qəbul edilmiş qərarların qanuniliyinə təsir edə bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən məhkəmə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, Masallı RPŞ-nin X9 rəisi, polis polkovnik-leytenantı X6 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 19 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Masallı RPŞ-nin X9 rəisi, polis polkovnik-leytenantı X6 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 19 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-55/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-55/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver