Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-551/2023 10.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 28 yanvar 1965-ci ildə Masallı rayonu, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Dəmirçi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2893/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2350 manat və dövlət rüsumuna ödənilmiş 30 manat pul alınaraq X1 ödənilməlidir. Lakin borclu Şəxs icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)- 2893/2021 saylı icra sənədinə əsasən ondan 2350 manat və dövlət rüsumuna ödənilmiş 30 manat pul alınaraq X1 ödənilməlidir. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və borcunu ödəməyə etiraz etmir. Hazırda 2380 manat olan ümumi borcundan cəmi 805 manat borcu qalmışdır. Borcunu həmişə ödəmişdir. Lakin bir müddət işsiz qaldığından borcu tam ödəyib qurtara bilməmişdir. Hazırda heç bir yerdə işləmir, gəliri yoxdur. Buna baxmayaraq hər ay imkanı çatan qədər borcundan ödənişlər edir. Belə ki, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 195 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat və bu gün yəni 10 aprel 2023-cü il tarixdə 130 manat pul ödəmişdir. Cəmi 805 manat borcu qalmışdır. Bundan başqa gələcəkdə imkanı olduğu qədər ödənişlər edərək borcunu ödəyəcək. Növəti həftəyə də borcundan ödəniş edəcəyini bildirir. İşi olmadığından borcunu tam ödəyə bilməmişdir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığı olmuşdur. Xahiş edir inzibati icraata xitam verilsin. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2893/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2350 manat və dövlət rüsumuna ödənilmiş 30 manat pul alınaraq X1 ödənilməlidir. Şəxs 2380 manat borcundan hazırda 805 manat borcu qalmışdır. Bundan başqa borcundan xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 195 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat və bu gün yəni 10 aprel 2023-cü il tarixdə 130 manat pul ödəmişdir. İmkanı olduqca hər ödəniş edərək qalıq borcunu ödəyəcəyinə söz verir. Protokolun tərtib edilməsinə səbəb tələbkarın borcunu tam tələb etməsidir. Məhkəmə borclunu və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu hal-hazırda olan borcundan müntəzəm olaraq ödənişlər edir və borclunun adında hər hansı əmak olmadığı və daimi iş yeri olmadığı üçün tələbin bir dəfəlik olaraq ödənlməsini icra edə bilmir. Bundan əlavə məhkəmə iclasında verilmiş izahatlardan da aydın olur ki, borclu tələbin icrasından qərəzli olaraq yayınmamışdır. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməmə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-551/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-551/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver