Məhkəmə qərarları › İş №3(050)-552/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-552/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-552/2023 10.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, 2-ci qrup əlil, Masallı şəhəri, 1-ci Dadva küçəsi, ev 22də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 dekabr 2022-ci il tarixdə qudası Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun oğlunun qaynatasıdır. 26 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə heç bir mübahisə etməmiş, Zərərçəkmiş şəxs söyməmiş, onu vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Qeyd edilənlər ona qarşı şər və böhtandır. Bu səbəbdən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 2 ilə yaxındır ki, qızı Fəridə Şəxs gəlinidir. Gəlin köçdüyü gündən qızına əziyyət vermişlər. Bir necə dəfə qızını döyüb ona xəsarət yetirmişlər, lakin hərdəfəsində dərəcəsi təyin olunmadığı üçün iş açılmamışdır. Bu yetməmiş kimi qızı tibb bacısı işləyir və aylıq məvacib alır onun aldığı məvacibidə onun əlində alıblar, eləcədə qəzəmə aldadaraq adına təzminən 12700 manat kredit götürmüşlər. Lakin götürülmüş krediti ödəmədikləri üçün və qızının əri İmanverdi Hüseynov kredit götürdükləri zaman onların telefon nömrələrini bankda vermişdir və kredit ödənilmədiyi üçün bank tərəfindən mütəmadi olaraq onlara zənglər edilmişdir. Sonuncu dəfədə xx.xx.2022-ci ildə qızını şəxsi əşyaları ilə birlikdə getirib onun evində qoymuşlar. Səbəb isə yüngül ailə münaqişəsi olmuşdur. Bundan sonra Şəxs ona zəng edərək üzürxaxlıq edib gəlib gəlinini aparmışdır. xx.xx.2022-ci il tarixdə baldızı qızı Aytən Ağazadə ilə birlikdə qızı Fəridənin yaşadığı evə getmişlər. Evlərinə çatdıqları zaman Şəxs həyat yoldaşı onların qarşısına çıxaraq “qızın bizə lazım deyil apar rədd elə” demişdir. Daha sonra oraya Üzeyir və oğlu İmanverdi gəlmişdir. Bu zaman aralarında mübahisə yaranmış və İmanverdi onu söyərək təhqir edərək onu həyətdən çıxarmışlar. Daha sonra ailəlikcə ona hücum edərək onu vurub xəsarət yetirmişlər, əynində olan paltarlarını çırmışlar. Daha sonra İmanverdi qızı Fəridəni vurmuşdur. Bu zaman uşaq qızının əlində düşmüş oda uşağı yerdə götürmüş, bu zaman onu vuraraq burnunu sındırmışlar. Hazırda Şəxsla barışmamışdır. Şikayətçidir. Məhkəmədən Şəxs qanunauyğun ədalətli cəza verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1145 saylı rəydə qeyd edilmişdir ki, Vət. Zərərçəkmiş şəxs burun və sol almacıq nahiyəsində şişkinlik və sıyrıq, burun sümüyü cisminin natamam sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, əl ilə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə burun nahiyəsində şişkinlik, sıyrıq və burun sümüyü cisminin natamam sınığı vahid kompleks təşkil edib sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşə əlavə edilmiş 06 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTBnə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in polis kapitanı Cəlal Əbülfəzli tərəfindən 10 aprel 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarından görünür ki, Şəxs İİ qrup əlilliyə görə 308.0986 manat ömürlük əmək pensiyası alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlini etiraf etməsə də, onun təqsiri inzibati xəta haqqında protokol, ekspert rəyi, sübutların qiymətləndirilməsi haqqında qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar