Məhkəmə qərarları › İş №3(050)-553/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-553/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-553/2023 10.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-14 yanvar 199-cu Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon Polis Şöbəsindən daxil olmuş 10 aprel 2023-cü il tarixli, MN № ******* saylı və 10 aprel 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 10 aprel 2023-cü il tarixdə Masallı şəhəri, 20 yanvar küçəsi ərazisində xırda xuliqanlıq edərək, onu intizama dəvət edən Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Masallı şəhəri 20 yanvar küçəsində yerləşən köhnə bazar adlanan yerdə bir neçə mağaza onun əmisinə məxsusdur və orada həmin mağazaların yer pullarını yığır. 10 aprel 2023-cü il tarixdə avtomobili ilə evlərinə gedən küçədən Masallı şəhəri 20 yanvar küçəsinə çıxarkən YPX avtomobili ona saxla işarəsi vermiş və YPX əməkdaşının əmrinə tabe olaraq avtomobili saxlamışdır. Həmin vaxt YPX əməkdaşları orada qanunsuz park edilən avtomobillərin şəkillərini çəkirmişlər. Bu zaman YPX əməkdaşı olan Vüsal Nağıyevi görmüş və ona əvvəllər də onu bir neçə dəfə səbəbsiz saxlatdırmasına görə irad bildirmişdir. Bundan başqa orada olan avtomobillərin fotoşəkillərini çəkən YPX əmakdaşının mobil telefonla şəklini məkərək onlar barəsində 102 zəng mərkəzinə şikayət edəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ora post patrul çağırmışlar və onu Masallı RPŞ-nə gətirmişlər. Barəsində tərtib olunmuş protokolla razı deyil. Polis əməkdaşlarına qarşı hər hansı hörmətsizlik etməmiş, onların tələblərinə əməl etmişdir. Odur ki, barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X1 Nadirovla eyni məzmunda izahat verərək bildirmişdir ki, Şəxs barəsində tərtib edilmiş protokol, qanunsuz olmaqla qərəzli şəkildə tərtib edilmişdir. Odur ki, Şəxs barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı X8 izahatında göstərdi ki, 10 aprel 2023-cü il tarixdə Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş serjantı X10 ilə birlikdə Masallı şəhəri 20 yanvar küçəsi ərazisində qanunsuz park edilmiş avtomobillərin fotoşəkillərini çəkərək, onlar barəsində inzibati protokollar tərtib etmişlər. Bu zaman Şəxs digər küçədən çıxaraq onlara yaxınlaşıb, həmin ərazidə heç nə etməmələrini bildirmişdir. Uca səslə danışaraq orada olan adamların diqqətini özünə cəlb etmişdir. Həmin zaman onlarla mübahisə etmiş, onları işinə manələr yaratmışdır. Təxminən 10-15 dəqiqə onlarla mübahisə etmiş və orada 100-150 nəfərdən də cox adamlar olmuşdur. Daha sonra onu sakitləşdirə bilməyəcəklərini görüb, əraziyə post patrul xidmətinin əməkdaşlarını çağırmışlar. Onu polis şöbəsinə aparacaqlarını bildirdikdə isə Şəxs onların qanuni tələblərinə riayət etməyərək onlara müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş serjantı X3 RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı X6 izahatı ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı X6 10 aprel 2023-cü il tarixli Raportundan görünür ki, 10 aprel 2023-cü il tarixində Masallı şəhəri 20 yanvar küçəsi ərazisində qanunsuz park edilmiş avtomobillərin fotoşəkillərini çəkərək, onlar barəsində inzibati protokollar tərtib edən zaman Şəxs digər küçədən çıxaraq onlara yaxınlaşıb, həmin ərazidə heç nə etməmələrini bildirmişdir. Uca səslə danışaraq orada olan adamların diqqətini özünə cəlb etmişdir. Həmin zaman onlarla mübahisə etmiş, onları işinə manələr yaratrmışdır və onu nizam intizama dəvət edərək Masallı RPŞ-nə dəvət etmişlər. Daha sonra həmin şəxsi Masllı RPŞ-nə gətirmişlər. Odur ki, həmin şəxs barədində qanuni tədbir görülməsini xahiş etmişdir. Azərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin iş materiallarında Şəxs tərəfindən xırda xuliqanlıq edərək, polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamışdır. Eləcə də məhkəmə baxışı iclasında dindirilmiş şahidlərin verdiyi ifadələrdə də həmin hal təkzib olunmuşdur. Belə ki, tərtib edilmiş raportda polis işçiləri xidmətdə olarkən Şəxs səs-küy yaratmasının şahidi olmuşlar. Polislər ona Masallı RPŞ-nə getməklərini bildirmiş və o, polisə tebesizlik göstərməmiş və onlarla Polis şöbəsinə getmişdir. Bundan başqa polis şöbəsində imza etdiyi sənədlərdə nə qeyd edildiyindən xəbəri olmamışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən polisin təyinatı və əsas vəzifələri aşağıdakı kimi təsbit edilmişdir. İ. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; 2-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək; 3) şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək; 5) törədilmiş cinayətləri açmaq; 6) cinayətlərin qeydiyyatını və uçotunu aparmaq; 7) cinayətkarları aşkara çıxarmaq və tutmaq; 8) səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq; 9) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; 10) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 11) kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək; 12) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə birgə həyata keçirmək; 13) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq; 14) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq; 15) yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; 16) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; 17) yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək. İİİ. Polisi bu Qanunla müəyyən edilməmiş vəzifələrin icrasına cəlb etmək qadağandır. Həmin qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış etdiyindən Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, qanunun mənasından göründüyü kimi polsin istənilən tələbinin icrası vətəndaş üçün məcburi xarakter daşımır və onun yerinə yetirilməməsi o halda məsuliyyətə səbəb ola bilər ki, həmin tələb qanuni olsun. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci mаddəsinə əsаsən bu Məcəllə ilə qorunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd olаn, təqsirli sаyılаn (qəsdən və yа ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb olаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb olunur. Həmin Məcəllənin 6.2-ci mаddəsinə əsаsən inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааtın təmin edilməsi tədbirləri tətbiq edilərkən qаnunvericiliyin tələblərinə əməl olunmаsı yuxаrı orqаnlаrın və vəzifəli şəxslərin idаrə nəzаrəti ilə, məhkəmə və prokuror nəzаrəti ilə və şikаyət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Odur ki onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tədbir görülməlidir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 4 (dörd) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 10 aprel 2023-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar