Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-553/2025 19.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məkhəmə iclas katibi X3, Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı şəhəri H.Əliyev prospektində yeləşən «Brend-telekom» adlı obyektin rəhbəri X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Dövlət X8 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 25 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı şəhəri H.Əliyev prospektində yerləşən «Brend-telekom» obyektinin rəhbəri X11 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmişdir. Bu hərəkəti ilə «Brend-telekom» obyektinin rəhbəri X11 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Brend-telekom» obyektinin rəhbəri X7 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X6 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Masallı şəhəri H.Əliyev prospektində yerləşən «Brendtelekom»də obyektində qanunsuz reklam faktı aşkar olunmuşdur. Həmin faktla bağlı yazılı göstəriş verilmişdir. Həmin yazılı göstərişdə qeyd olunmuşdur ki, həmin reklamlar dərhal danandırılsın və müvafiq icazə sənədinin alınması ilə bağlı 5 gün müddətində Dövlət X8 Regional Reklam İdarəsinə müraciət edilsin. İş materiallarına əlavə olunmuş teleqramdan görünür ki, qeyd olunan yazılı göstəriş X7 təyinatı üzrə xx.xx.2025-ci ildə çatdırılmışdır. Bundan sonra yerində baxış keçirilmiş və baxış zamanı qeyd olunan hallarla bağlı hər hansı tədbir görülməsi aşkar olunmadığından poçt vasitəsi ilə şəxsə bildiriş göndərmişdir ki, barəsində İXM-nin tələblərinə müvafiq olaraq protokol tərtib olunacaqdır. Əvvəlcədən məlumatlandırılmasına baxmayaraq şəxs iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə baxış aktı tərtib olunmuşdur. Eyni zamanda iştirak etmədiyi üçün imtina aktı tərtib olunmuşdur. Həmçinin ptorokol tərtib olunduqdan sonra baxılması üçün aidiyyatı üzrə Masallı Rayon Məhkəməsinə və məlumat üçün X7 poçt vasitəsi ilə göndərilmişdir. Hal-hazırkı vaxtadəkdə həmin reklamlar qanunsuz olaraq orada yayımlanır. Hər hansı icazə sənədi ilə bağlı X9 müraciət qeydə alınmamışdır. Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən həmin şəxsi vəzifəli şəxs kimi cəlb etmişlər. Bu baxımdanda vəzifəli şəxs kimi inzibati tənbeh tədbirinin görülməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işdə olan xx.xx.2025-ci il tarixli 11-3-6/2-147/2025 nömrəli “yazılı göstərişin”dən görünür ki, X7 reklam yayımının dayandırılması üçün qanunvericiliyin tələbinə əsasən 5 gün vaxt verilmişdir. İnzibati xəta haqqında işdə olan xx.xx.2025-ci il tarixli, 06 nömrəli aktdan görünür ki, «Brend-telekom» obyektinin rəhbəri tərəfindən açıq məkanda reklam yayımlandığı üçün X10 İdarəsinin müfəttişləri və «Brend-telekom» obyektinin rəhbəri X5 iştirakları ilə akt tərtib edilmişdir. İnzibati xəta haqqında işdə olan xx.xx.2025-ci il tarixli, 01 nömrəli baxış aktından görünür ki, X10 İdarəsinin Reklam fəaliyyətinin monitorinqi şöbəsinin əməkdaşları X2, X4 və fərdi sahibkar X5 iştirakları ilə xx.xx.2025-ci il tarixli, 01 nömrəli akt tərtib edilmiş və icrası məcburi göstərişin icrasının vaxtı xx.xx.2025-ci il tarixdə çatmasına baxmayaraq obyektə təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi aşkar olunmuşdur. İnzibati xəta haqqında işdə olan 25 fevral 2025-ci il tarixli "İmtina aktı"ndan görünür ki, Masallı şəhəri H.Əliyev prospektində yerləşən «Brend-telekom-2» obyekti açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş "Baxış aktı" və “inzibati xəta haqqında protokolu” sahibkar X11 tərəfindən imza edilməmiş, həmçinin o, aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, X11 fiziki şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Brend-telekom» obyektinin rəhbəri X11 müvafiq icazə sənədi olmadan açıq məkanda reklamları qanunsuz yayımlamışdır. «Brend-telekom» obyektinin rəhbəri X5 təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Brend-telekom» obyektinin rəhbəri X5 inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə «Brend-telekom» obyektinin rəhbəri X11 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,110-112 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Masallı şəhəri H.Əliyev prospektində yerləşən «Brend-telekom» obyektinin rəhbəri X11 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin.
2. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın.
3. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: Zeynal Zeynalov