Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-554/2023 11.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclasında göstərdi ki, 26 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, Şəxs tərəfindən döyülməsini göstərmişdir. Aparılmış aradrıma zamanı müəyyən edilmişdir ki, 26 dekabr 2022-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs vuraraq, sonuncuya sol mil-bilək oynağı nahiyəsində sıyrıq ilə nəticələnən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Faktı bağlı araşdrıma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcüd olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın başlanılması və inzibati qaydada tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 1 azyaşlı övladı olmuşdur. Ötən müddət ərzində Zərərçəkmiş şəxs ilə aralarında xırda ailə mübahisələri olmuş, sonradan həmin mübahisələrə qayınatası Əziz Cəfərov qarışmış, mübahisələr böyümüş və qayınatası tez-tez qızının ailəsinə müdaxilələr etmişdir. 26 dekabr 2022-ci il tarixdə saat 12 radələrində işdə olmuş, həmin vaxtı istifadəsində olan mobil telefon nömrəsinə anası zəng edərək qayınatası Əzizin onları söydüyünü, qayınatası Əziz Cəfərov və sonuncunun baldızı qızı Aytən Ağazadə yaşadığı evə gedərək anası X1 ilə guya arvadı Zərərçəkmiş şəxs maaş kartından xeyli pulun çıxarılıb xərclənməsi ilə əlaqədar mübahisəyə etməyə başlamasını, mübahisə zamanı Əziz Cəfərov anasının ünvanına nalayiq ifadələr işlətməsini, daha sonra evə atası Üzeyir Hüseynov gəldiyini və mübahisənin bir azda böyüdüyünü bildirmişdir. Bundan 10 dəqiqə sonra işdən çıxıb yaşadığı evə piyada getmiş, evə gəldikdə qayınatası Əziz Cəfərovun valideynləri ilə sözlə mübahisə etdiyini görmüş, qayınatası Əziz Cəfərovu evdən həyətə çıxartmış, Əzizi həyətə düşürtdükdən sonra həyətin giriş darvazasından çölə çıxartmışdır. Həmin vaxtı həyətin giriş darvazasının qarşısında qayınatası onun üzərinə hücum çəkmiş və boğaz nahiyəsindən tutaraq yerə yıxmışdır. Əziz Cəfərov bundan sonra bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruq zərbələri vurmuş və xəsarət almışdır. Daha sonra qayınatası Əziz Cəfərovdan yaxasını qurtarmış, ayağa qalxmış, anası və atasını evin həyətinə salıb darvazanın qapısını bağlamışdır. Hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermiş və daha sonra polis əməkdaşları oraya gəlmişlər. Mübahisə vaxtı Zərərçəkmiş şəxs vurmamışdır. Sonda Şəxs göstərilənərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2021-ci ildə Masallı şəhər sakini Şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 1 yaşlı qız övladı olmuşdur. Şəxs ilə evliliyi dövründə Masallı şəhər ərazisində qayınatası və qayınanası ilə bilrikdə yaşamış, ötən müddət ərzində İmanverdi ilə bir neçə dəfə ailədaxili mübahisələri baş vermiş, mübahisələrə səbəb İmanverdinin borcunun olması ilə əlaqədar olmuşdur. İmanverdi ilə sonuncu dəfə mübahisəsi 21 dekabr 2022-ci il tarixdə baş vermiş, həmin vaxtı İmanverdi onu atası Əzizin evinə gətirmiş və bir daha evə qayıtmamasını demişdir. 24 dekabr 2022-ci il tarixdə əri İmanverdi qayınatası Üzeyir Hüseynov ilə birlikdə atasına məxsus evə gəlmiş və qayınatası Üzeyir atasından onun evə qayıtmasına icazə verməsini xahiş etmişdir. Qayınatası bir daha belə bir mübahisə baş verməyəcəyinə atasına söz vermiş, ailəsinin dağılmaması üçün İmanverdi ilə barışmağa razılıq vermiş və birlikdə yaşadığı evə qayıtmışdır. 26 dekabr 2022-ci il tarixdə təqribən saat 12 radələrində xalası qızı Aytən Ağazadə və atası ona baş çəkməyə gəlmişlər, atası yaşadığı evin həyətinə daxil olduqda qayınanası Afət Hüseynova atasına onlara lazım olmadığını və götürüb aparmasını demişdir. Həmin vaxtı atası Afətə ona məxsus maaş kartından ötən müddət ərzində xeyli pul xərclədiklərini və ona bir dəst paltar belə almadıqlarını bildirmişdir. Bundan sonra atası ilə qayınanası Afət arasında sözlə mübahisə yaranmış, mübahisə həyətdə başlamış və evin içərisində davam etmişdir. Təqribən 10 dəqiqə sonra Afətin əri Üzeyir evə gəlmiş, həmin vaxtı Üzeyir arvadıla birlikdə atasıla sözlə mübahisəyə davam etmiş, Üzeyir və Afət yaşadıqları evdən çxıb gedib 10 dəqiqə sonra oğlanları İmanverdini evə gətirmişlər. İmanverdi evə gələrək atasını evdən həyətə çıxartmış, həmin vaxtı xalası qızı ilə birlikdə atasının arxasıyca həyətə düşmüşdür. İmanverdi həyətdə atasının ünvanına nalayiq küçə ifadələri işlətmiş, atası İmanverdiyə baş qoşmamış, lakin İmanverdi həyətin giriş darvazasının qarşısında atasının üzərinə hücum çəkmişdir. İmanverdi və qayınatası Üzeyir atasının əynində paltarları cırmışlar, İmanverdi və Üzeyir atasının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişlər. İmanverdi atasının xəsarət aldığını görüb özünü divara vurmuş, özünə xəsarətlər yetirməyə başlamış, bundan sonra İmanverdi onun üzərinə hücum çəkmiş, sol əl nahiyəsinə yumruqla xəsarət yetirmişdir. Əlində olan paltar çantası yerə tökülmüş, daha sonra atası hadisə barədə polisə məlumat vermiş və polis əməkdaşları oraya gəlmişlər. Sonda F.Ə. Hüseynli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuna müvafiq qaydada cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sübutların qiymətləndirilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istitanqı aparılan ********* saylı cinayət işi üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən 26 dekabr 2022-ci il tarixdə baş vermiş mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs vuraraq, sonuncuya sol mil-bilək oynağı nahiyəsində sıyrıq ilə nəticələnən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar olaraq Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcüd olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın başlanılması və inzibati qaydada tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Sübutların qiymətləndirilməsi haqqında 17 mart 2023-cü il tarixli qərarda istinad edilmiş xx.xx.2022-ci il tarixli, 1146 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol mil-bilək oynağı nahiyəsində sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, əl ilə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hal himayəsində 1 azyaşlı övladının olmasıdır.; inzibati tənbehi ağırlaşdıran hal yoxdur. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-554/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-554/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver