Məhkəmə qərarları › İş №3(050)-554/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-554/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-554/2025 09.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X10 və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin X3 inzibati tənbeh vermə haqqında 25 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Masallı Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 əməkdaşları tərəfindən tərtib edilmiş MN №1799884 saylı qərarla onun Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilməsi barədə qərarın ləğv edilməsi və inzibati işə xitam verilməsi barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, şəxsi təsərrüfatında ət məhsulları istehsal etmək məqsədi ilə iri və xırda buynuzlu heyvan saxlayır. Onun kəsim işləri apardığı yer tam olaraq sanitariya və gigiyena qaydalarına uyğundur. Lakin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 əməkdaşları onu əsassız olaraq 500 manat məbləğində cərimə etmişlər. Əməkdaşlar tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda və qərarda inzibati xətanın nədən ibarət olması əsaslandırılmamışdır. Həmin qərar və protokol ona rəsmi qaydada təqdim edilməmişdir. Onun bunun mövcudluğundan yalnız iki gün əvvəl icra şöbəsinin şifahi bildirişindən sonra məlumatı olmuşdur. Ondan tələb olunur ki, kəsim işlərini kəsim işləri aparılması üçün nəzərdə tutulmuş məntəqədə həyata keçirsin. Lakin qeyd edir ki, həmin məntəqə formal olaraq mövcuddur. Belə ki, həmin məntəqədə kəsim işləri aparmaq ücün qətiyyən şərait yoxdur və kəsim işlərinin orada aparılması qətiyyən mümkün deyıldir. Çünki həmin məntəqədə kəsim işlərinin aparılması üçün orada kəsimə gətirilmiş heyvanların sağlamlıq vəziyyəti yoxlanımalı, kəsim işlərini həyata keçirən şəxsin özünün sağlamlıq vəziyyəti və digər hallar mövcud olmalıdır. Lakin adı olub özü olmayan kəsim məntəqəsində nə kəsimə gətirilən heyvanların qəbulu, nədə ki, kəsilmiş heyvanın ətinin sahibkara təhvil verilməsi üçün şərait mövcud deyildir. Bir sözlə həmin məntəqənin işçiləri yalnız sahibkardan müvafiq məbləğdə pul almaqdan və kəsilmiş heyvanın ətinin sağlam olması barədə saxta arayış verməklə məşğuldurlar. Həmin məntəqədə nə qəssab nə labaratoriya nə də ki, kəsimi həyata keçirmək işlərini aparan qəbul məntəqəsi fəaliyyət göstərmir. Bununlada bildirmək istəyir ki, həmin inzibati xətanın törədilməsində onun təqsiri yoxdur. Çünki, qeyd etdiyi kimi qanunun tələblərinə və sanitar qaydalara uyğun kəsim məntəqəsi olmadığı halda o, nə etməlidir. Kəsim işlərinin həmin məntəqədə həyata keçirilərkən sağlam heyvanın ətinin orada infeksiyalara yoluxması halları yüksək olduğu üçün orada kəsim işlərinin aparılması olduqca təhlükəlidir. O, həmin məntəqənin yarıtmaz fəaliyyəti barədə dəfələrlə aidiyyatı orqanlara şikayətlər vermişdir. Hətta orada olan nöqsanlara görə məntəqə rəhbərliyi inzibati qaydada cərimə edilmişdir. Həmin məktubların surətini ərizəsinə əlavə edir. O, onların qanunsuz hərəkətləri barədə aidiyyatı orqanlara mütəmadi olaraq şikayətlər etdiyi üçün ona və oğluma qarşı qərəzli qərarlar qəbul edirlər. O, onların qanunsuz hərəkətləri agentliyin rəhbərinin qəbulunda olarkəndə şifahi olaraq şikayət etmişdir. Onun haqlı şikayətlərinə hec bir əsaslı cavab verə bilməsələrdə ona və oğluna qarşı qərəzli hərəkətlərini davam etdirirlər. X2 məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, qanunsuzluq etməmişdir. Kəsim məntəqəsi açıldığı gündən həmin yerdə kəsim etmişdir. Komitə sədrinin görüşündə olmuş, Bakı şəhərindən komissiya gəlmişdir. Onun tələbi odur ki, standarta uyğun kəsim yeri göstərsinlər oda kəsim işlərini həyata keçirsinlər. Dəfələrlə də şikayət etmiş, Bakı şəhərindən komissiya gəlmiş, antisanitar şəraiti qeydə almışdır, oda tələb və təkliflərini vermişdir. Agentlik tərəfindən çağırış vərəqəsi göndərilərək fevral ayının 28-də dəvət olunmuş və oda həmin dəvətə getmişdir. İştirak etdiyi zaman bildirmişdir ki, Masallı rayonunda iki kəsim məntəqəsi vardır və həmin məntəqələrdən biri bağlanmışdır. Ona standartlara uyğun kəsim məntəqəsi göstərmələrini xahiş etmişdir. Agentlik onun şikayətlərini qəbul etməyərək, münaqişə yaratdığını bildirmişlər və polis əməkdaşlarını dəvət etmişlər. Polis əməkdaşları gəldikdən sonra onun münaqişə törətmədiyini görüb ona şikayəti varsa rəsmi qaydada poçt vasitəsi ilə göndərməsini bildirmişlər, oda poçta gəlib Agentliyə şikayət xarakterli üç teleqram ünvanlamışdır və həmin teleqramları ünvanlaması ilə bağlı qəbzləridə vardır. Lakin etmiş olduğu şikayətlərlə bağlı heç bir tədbir görülməmişdir. O, bir vətəndaş olaraq tələb edir ki, standartlara uyğun kəsim yeri göstərsinlər, oda kəsim işlərini həyata keçirsin. O, Dövlətin qanunlarından kənarda qalmaq istəmir. Qərarı icra şöbəsindən almışdır. Aldıqdan bir-iki gün sonra şikayət etmişdir. Agentlik tərəfindən heç bir yoxlama aparılmamış, heç bir video görüntüləri yoxdur. Əsaslı bir dəlilləri yoxdur. Eləcədə o, gəlmiş şəxslərdən agentlikdə işlədiklərini təsdiq edən vəsiqələrini göstərmələrini tələb etmiş olsada həmin şəxslər vəsiqələrini göstərməmişlər. Onun özünün 18 m2 yeri vardır və şəraiti isə ötən ilin aprel ayında komitə sədrinin görüşündə olmuş, komitə sədri Bakı şəhərində komissiya göndərmiş onun obyektini yoxlamışlar standartlara uyğun hesab olunmuş, onun orada kondisioneri, soyuducusu, dondurucusu, hər bir avadanlığı vardır. Bircə səhvi o, olmuşdur ki, onun yanında çalışan işçinin xalatı olmamışdır. Birinci kəsim məntəqəsi onun şikayəti əsasında bağlanmışdır. Hazırda iki kəsim məntəqəsi vardır və hər ikisində antisanitariya vəziyyətidir. Ona standartlara uyğun yer göstərilsin oda bir sahibkar kimi kəsim işlərini həyata keçirsin. Kəsim məntəqələrində nə soyuducu maşınları var, nə labaratoriyaları vardır. Həmin məntəqələrdə ancaq və ancaq möhür vurulur və pul alınır. Antisanitariya vəziyyətində kəsilmiş əti əhaliyə sata bilməz. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, vətəndaş barəsində xx.xx.2024-cü il tarixdə protokol tərtib olunmuşdur. Çəkilmiş video görüntüləri 40 gün müdətində saxlanılır ki, vətəndaşların hüquqlarının pozulması ilə bağlı məhkəməyə və yuxarı orqana müraciət etdiyi zaman təqdim olunsun. Vətəndaşın isə 20 gün müddətinə şikayət etmək hüququ vardır. Vətəndaşda bu müddət ərzində şikayət etmədiyi üçün hazırda video görüntülər yoxdur. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdə ətin möhürsüz olduğu faktı aşkar olunduğu təsdiqini tapmışdır. Vətəndaş antisanitariya vəziyyətindən şikayət edir, amma fakt olaraq Masallı rayonunda üç kəsim məntəqəsi göstərmişdir, faktiki hazırda ikisi fəaliyyət göstərir, amma o vaxtı üç olmuşdur. Həmin kəsim məntəqələrinin biri Masallı rayonu Kürdəbaz kəsim məntəqəsində ətin daşınması üçün maşın da var, soyuduculu maşında var. Vətəndaşla dəfələrlə danışıq aparmışlar faktiki olaraq vətəndaşın nə istədiyini başa düşməmişlər. Vətəndaşı özünün sallaqxanasındada olmuşlar, orada antisanitar vəziyyətdədir, magistral yolun kənarında yerləşir, orada kəsimlə məşğul olur. Vətəndaşı həm özü, həmdə oğlu kəsimlə məşğul olurlar, köşkləri var ət satırlar. Komitə sədrinin vətəndaşı obyektinə göndərdiyi əməkdaşları isə onun ət kəsim fəaliyyəti ilə bağlı olmamış, onun ət satışı ilə bağlı olmuşdur və ona uyğun rəy vermişlər. Vətəndaş bildirir ki, dəfələrlə şikayət etmişdir, bəli şikayət olunmuş və əməkdaşları oraya getmişlər və iş vaxtı olduğuna görə qan və digər şeylər olmuşdur. Vətəndaşın dediyi Kürdəbaz məntəqəsində isə həm soyuduculu maşın həmdə diri daşınma üçün maşın vardır. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, X12 xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində baytarlıq ekspertizasına keçirmədən mal ətinin satışı ilə məşğul olması əsasına görə Masallı RPŞnin İTB-nin sahə rəisi S.Haxverdiyev tərəfindən barəsində Azərbaycan Respublikası İXMnin 289.0.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir. İnzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, X12 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol üzrə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tədqiqatı zamanı şikayət verən şəxsin və qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatı, iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuşdur ki, X12 xx.xx.2024-cü il tarixdə sahibkarlıq faəliyyəti ilə məşğul olduğu Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində baytarlıq ekspertizası keçirmədən mal ətinin satışı ilə məşğul olması halları aşkarlanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda Plandankənar (növbədən kənar) yoxlama keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 289.0.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıqsanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Şikayətçinin məhkəmə iclasında verdiyi izahatında heyvan kəsimini mərkəzləşdirilmiş kəsim məntəqlərindən kənarda kəsməsini etiraf etmiş, kəsilərək satılan heyvan ətlərinin baytarlıq ekspertizasına keçirilməsi üçün müvafiq şərait yaradılmaması səbəbindən, bundan əlavə uzun müddət heyvan kəsimi ilə məşğul olduğundan istifadəyə yararsız heç bir heyvan ətini pərakəndə vətəndaşa satmadığını, heyvan kəsdiyi obyektə dair müvafiq icazə sənədi olmasa da, lakin tam sanitariya və gigiyena qaydalarına cavab verməklə, heyvan kəsimi üçün hər bir şərait yaradıldığını, mərkəzləşmiş heyvan kəsimi məntələqərində isə qeyd edilən şərait ümumiyyətlə mövcud olmadığını izahatında göstərmişdir. Lakin, şikayətçi qərarın ləğv olunması üçün göstərdiyi əsasları təsdiq edəcək hər hansı sübut və sənəd məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, şikayətçi qanuni fəaliyyət göstərən kəsim məntəqələri olmadığından məcbur qalaraq özü lazimi icazə olmayan yerdə kəsim faəliyyəti ilə məşğul olduğunu göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati orqanın nümayəndəsi Masallı rayonunun ərazisində standartlara cavab verən kəsim məntəqələrinin fəaliyyət göstərdiyini qeyd etmişdir. Şikayətçinin həmin kəsim məntəqələrinin şərtləri ilə razı olmaması, eyni zamanda özünün fikirləşdiyi kriteriyalara cavab verməməsi əsası ilə həmin kəsim məntəqələrinin xidmətinin istifadə etməkdən imtina edərək özünün özbaşına lazimi icazə olmayan şərtlər daxilində kəsim fəaliyyətini həyata keçirməsinə əsas vermir. Hətta kəsim məntəqələri olmadığı halda belə şəxsə özbaşına lazımi standartlara cavab verməyən yerlərdə kəsim faəliyyəti ilə məşğul olmasına haqq qazandırmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X10 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 rəisi tərəfindən qəbul edilmiş 25 oktyabr 2024-cü il tarixli, seriya MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi” barədə verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 barəsində Azərbaycan Respublikasının Qida X7-X15 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 oktyabr 2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Qida X7-X15 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 oktyabr 2024-cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar