Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-555/2025 14.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24964286 qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24964286 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-c maddəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-50 (əlli) manat inzibati cərimə edilir. qeyd edir ki, barəsində tərtib edilmiş edilmiş qərarda o, 400 manat cərimə edilmişdir. Halbuki maddənin sanksiyasında əlli manat qeyd edilmişdir. Odur ki, belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Qanunun tələblərinə görə hüquq mühafizə orqanlarının qəbul etdikləri protokol və qərarlar ədalət və humanizm prinsiplərini özündə əks etdirməlidir. Humanizm-insan rifahının, sosial institutların qiymət meyarının, bərabərlilik ədalət kimi bəşəri prinsipləri insanı məhəbbət və ehtiramı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin, izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24964286 nömrəli qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 18:08:48-də Biləsuvar-Bəhramtəpə yolunun 13.8 km-də Biləsuvar istiqamətində “Renault Laguna” minik markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomolili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Amin Qurbanov həmin xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 400 manat məbləğində cərimə edilmişdir. Materiala əlavə edilmiş foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə tərəfindən aşkar edilmiş inzibati xətanın törədilmə yeri, vaxtı və s. məlumatlar və fotoşəkillərdən görünür ki, Amin Qurbanov özünə məxsus avtomobillə protokolda göstərildiyi kimi yuxarı həddi 60 km/saat olan yolda 81 km/saatla hərəkət etmiş və İXM-nin 328.2-ci maddədə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Lakin, səlahiyyətli orqan tətbiq edilməli hüquq normasını düzgün tətbiq etməməklə şəxsin yol verdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulan məbləğdə deyil, artıq məbləğdə, yəni 400 manat məbləğində cərimə tənbehini tətbiq etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.4-cü maddəsinə əsasən şikayətə baxan məhkəmə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilmədiyi halda, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24964286 saylı inzibati tənbeh vermə haqqında qərarı İXM-nin məsuliyyət nəzərdə tutan norması düzgün tətbiq edilmədən qəbul edildiyindən ləğv edilməli və işə yenidən baxılaraq maddənin sanksiyasında nəzərdə tutulmuş məbləğə cərimə tənbehinin tətbiq edilməsi üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24964286 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-555/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-555/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver