Məhkəmə qərarları › İş №3(050)-557/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-557/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-557/2025 04.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Bala Təklə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(050)-241/2016 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 3 yaşına çatana kimi hər ay 50 manat məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu yuxarıda qeyd edilmiş icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəblərə görə icra etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fərəcov X6 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(050)-241/2016 saylı icra sənədi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Həmin icra sənədləri üzrə borclu barəsində inzibati qaydada protokol tərtib edilənədək bütün lazımi icra tədbirləri görülmüş, lakin heç bir nəticəsi olmamışdır. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində 18 iyun 2020-ci il tarixdə axtarış elan edilmiş və xx.xx.2025-ci il tarixdə borclu tapılaraq Masallı Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bundan başqa borcluya icra sənədləri üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrasına dair bildiriş göndərilmiş, tərəfindən izahatı alınmış və icra tələbinin icra edilməsi barədə onunla söhbət aparılmışdır. Lakin borclu icra sənədi üzrə üzərinə düşən aliment öhdəliklərinin tələbinə riayət etməmişdir. Belə ki, icra sənədi üzrə borclu tərəfindən sonuncu dəfə 2023-cü il tarixdə ödəniş həyata keçirilmişdir. Qeyd edilən xüsusatlara görədə borclu barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(050)-241/2016 saylı icra sənədindən məlumatlıdır. Hal-hazırda yarnamış aliment borcundan ödəniş edə bilmir. Ona vaxt verilərsə işləməklə aliment borcundan ödəyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etdi Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(050)-241/2016 saylı icra sənədinə əsasən xx.xx.2012-ci il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 3 yaşına çatana kimi hər ay 50 manat məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Hazırda Şəxs icra sənədi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmir. Borclu işləyir, gəliri ona kifayət qədər imkan verir ki, aliment borcunu vaxtı-vaxtında ödəyə bilsin. Hazırda aliment borcunu tam şəkildə tələb edir. Əks halda borclu barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(050)-241/2016 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 04 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Fərəcov X6 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(050)-241/2016 saylı icra sənədini icrası tam təmin etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətinin yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun Masallı Rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli icra sənədi üzrə bir il artıq müddət ərzində heç bir ödəniş aparmamasını, icra məmuru tərəfindən icra sənədləri ilə bağlı bildiriş aldığı və icra sənədləri barədə məlumatı olduğu halda icra məmurunun çağırışlarına heç bir üzürlü səbəb olmadan gəlməməsini, barəsində axtarış qərarının olmasını, yəni qeyd olunan icra sənədindəki tələbi üzürlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 12 (on iki) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 04 mart 2025-ci il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Fərəcov X6 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar