Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-561/2023 13.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Z.Quliyev küçəsi, ev 7-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Masallı şəhəri, Digah küçəsində Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 məhkəmə iclasında göstərdi ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək və Masallı RPŞ-yə müraciət edərək həmin tarixdə saat 14 radələrində Masallı şəhəri, Digah küçəsində yerləşən ərzaq mağazasında Ramin Zərbəliyev tərəfindən təhqir olunaraq döyüldüyünü bildirmişdir. Araşdrıma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Masallı şəhəri, Digah küçəsində yerləşən ərzaq mağazasında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə qəsdən sillə vurmaqla sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Mübahisə zamanı onların yanında heç kim olmamış, baş vermiş hadisə heç kəsin diqqətini özünə cəlb etməmiş, mübahisəyə heç kəs müdaxilə etməmişdir. Hadisə zamanı ictimai qayda pozulmamış, ictimai təhlükəsizlik əleyhinə olan hər hansı bir qərəzli hərəkətlərə yol verilməmiş və qısa zamanda ərzində sona çatmışdır. Bununla da Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasından ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTByə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Kənan Sadıqovun cücə firmasında ekspeditor işləyir. Zərərçəkmiş şəxs da onların firması ilə alver edir. Pünhanın təxminən yeddi aydır ki, onların firmasına 105 manat borcu var. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Masallı rayonu, Digah küçəsində yerləşən Pünhanın işlədiyi mağazaya getmiş, Pünhandan günlük 20 manat verməli olduğu pulu istədikdə, sonuncu nalayiq küçə söyüşləri ilə onu təhqir etdiyi üçün o, da əsəbiləşib Pünhanın sifət nahiyəsindən bir dəfə sillə vurmaqla onu döymüş, daha sonra isə mübahisə böyüməsin deyə oradan uzaqlaşmışdır. Sonda Şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs barışığa cəhd etdiyini, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, atasına məxsus Masallı şəhəri, Digah küçəsində yerləşən Ağa adlı ərzaq mağazasında satıcı işləyir. “Lebro” adlı firmadan dəfələrlə kəsilmiş toyuq almışlar. O, toyuq aldığı üçün satılan toyquların pullarını həftədə 10 manat olmaqla verirmiş. Lakin həmin firmada yenicə işə düzəlmiş Şəxs xx.xx.2023-cü il tarixdə toyuqların pulu olan həftəlik 10 manat pulun onun firmasına sərf etmədiyini bildirmiş və toyuqları götürməyə cəhd etmişdir. O, mane olmaq istədikdə Şəxs ona sifət nahiyəsindən sillə ilə vurmaqla qəsdən fiziki ağrı yetirmişdir. Daha sonra digər işçi yaxınlaşaraq, sakitlik yaratmış və Ramili ondan uzaqlaşdıraraq avtomobilinə aparmışdır. O, da DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək Ramil tərəfindən döyülməsi barədə məlumat vermişdir. Hadisə təxminən üç-beş dəqiqə ərzində davam etmiş, hadisə yerində ondan, Ramildən və adını bilmədiyi digər şəxsdən başqa heç kim olmamışdır. Sonda Zərərçəkmiş şəxs Şəxs qanuna müvafiq qaydada cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsnın müraciəti əsasında Masallı RPŞ-də toplanmış HK-1-də qeydə alınmış 449 nömrəli material uzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməs üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X2 X4 məhkəmə tibbi ekspertinin xx.xx.2023-cü il tarixli, 145 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Masallı şəhəri, Digah küçəsində Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-561/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-561/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver