Məhkəmə qərarları › İş №3(050)-562/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-562/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-562/2023 13.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Protokolu tərtib etmiş-Masallı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1996-cı ildə Masallı rayonu, Viləş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 12 aprel 2023-cü il tarixdə, saat 15:30 radələrində yaşadığı Masallı rayonu, Viləş kəndində ünvansız nalayiq söyüşlər söyərək xırda xuluqanlıq etmiş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Masallı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, 12 aprel 2023-cü il tarixdə, saat 15:30 radələrində Masallı rayonu, Viləş kənd sakini Şəxs heç bir əsaslı səbəb olmadan uca səslə nalayiq ünvansız söyüşlər söydüyündən və həmin vaxt xidmətdə olan Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Anar Musayev və polis nəfəri İsmayıl Xalıqzadənin qanuni tələblərinə qəsdən tabe olmayaraq qanunsuz əməllərini davam etdirdiyi üçün Şəxs RPŞ-nə dəvət edilmiş və barəsində sözü gedən protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 12 aprel 2023-ci il tarixdə, saat 15:30 radələrində Masallı rayonu, Viləş kəndinin mərkəzində olarkən şəxsi işləri ilə əlaqədar möhkəm əsəbləşdiyi üçün uca səslə ünvansız nalayiq söyüşlər söymüş, bu zaman orada xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, ona etdiyi əməlin inzibati xəta olduğunu bildirərək, onu nizam-intizama dəvət etsələr də o, hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Masallı RPŞ-nə gətirmiş və barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru X5 ifadəsində göstərdi ki, 12 aprel 2023-cü il tarixdə, saat 15:30 radələrində xidməti işləri ilə əlaqədar Masallı RPŞ-nin PPXB-nin polis nəfəri İsmayıl Xalıqzadə ilə birlikdə ünvan 3 ünvansız küçə söyüşləri söyməsinin şahidi olmuşlar. Bu zaman həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək etdiyi əməlin inzibati xəta olduğunu bildirib onu intizama dəvət etmişlər. Lakin, adını sonradan bildikləri Viləş kənd sakini Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də Şəxs barəsində tədbir görülməsi üçün raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis serjantı X2 ifadəsində Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru X5 ilə eyni məzmunlu izahat verdi. İşə əlavə olunmuş 12 aprel 2023-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, həmin tarixdə Şəxs barəsində İXM-nin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. İşə əlavə olunmuş 12 aprel 2023-cü il tarixli AZA 007606 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 aprel 2023-cü il tarixdə saat 18:00-da tutulmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokollar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərər alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Şəxs inzibati qaydada tutulduğu müddət ona təyin ediləcək cərimə tənbehi zamanı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 112, 114, 117 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar