Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-562/2024 15.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- 10 oktyabr 1989-cu ildə Masallı rayonu Hacıtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hacıtəpə kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN BDYPİ-nin Yol-Patrul Xidməti Alayın daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində “Mercedes Benz C 220” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Ələt-Astara yolunun 41-ci kilometrliyində idarə edərəkən, 342.9-cu maddəsində tələblərini pozmuşdur. Bu barədə 02 may 2020-ci il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən təxminən xx.xx.2024-cü il tarixdə ona zəng olunaraq bildirilmişdir ki, maşının nömrəsi bağlı vəziyyətdə idarə etmiş, buna görədə aidiyyatı üzrə əməkdaşlara yaxınlaşmasını xahiş etmişlər. O, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini görüntüsünü çətinləşdirən hər bir əşyadan istifadə etmədiyi üçün aidiyyəti üzrə əməkdaşlara yaxınlaşmışdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin Yol- Patrul Xidməti Alayının əməkdaşları ona idarə etdiyi nəqliyyat vasitəsinin fotoşəkilini göstərdikdə həqiqətəndə görmüşdür ki, idarə etdiyi nəqliyyat vasitəsinin ön hissədə olan dövlət qeydiyyat nömrə nişanının kardonla bağlı vəziyyətdə idarə olunmasını görmüşdür. Lakin onun idarə etdiyi nəqliyyat vasitəsinin bu vəziyyətdə idarə olunmasından xəbəri olmamış, idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olan zaman nömrəsinə kardon yapışmışdır.Bu hadisə ondan aslı olmayan səbəbdən baş vermiş, qərəzli və məqsədli şəkildə bunu etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokola əsasən, Şəxs İXM-nin 342.9-cü maddəsi ilə inzibati icraat açılmıdır. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətdən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli oaln digər halları müyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqında protokolla, Bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2.-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 53.1.1.-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verili Məhkəmə inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Masallı Rayon Polis Şöbəsinin səlahiyyətli şəxslərinin Şəxs barədə gədiyi nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə ki, Şəxs o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, o, qəsdən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etsin. Lakin iş materiallarında Şəxs “kardon adlanan” əşya ilə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına qəsdən və məqsədli şəkildə bağlaması halları müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 342.9-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görəinzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs hadisənin baş verməsində təqsiri müəyyən olunmur, ona görə də barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsi ilə inzibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.1 -ci maddəsinə əsasən xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-562/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-562/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver