Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-576/2023 14.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Masallı rayonu Miyankü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, Masallı rayonu, Miyankü kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 03 mart 2023-cü il tarixdə saat 23 radələrində həmkədlisi X2 vuraraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Masallı rayon Miyankü kəndində bir neçə kənd sakini ilə söhbət etdiyi zaman 3 ədəd avtomobil sürətlə onların yanlarından keçərək Miyankü kəndinə girmişlər. Həmin avtomobillərin ikisi qonşu kənddən biri isə onların kəndindən olmuşdur. Təxminən 10 dəqiqədən sonra həmin avtomobillərdən biri geri qayıtmışdır. Onlar əl edərək həmin avtomobili saxlatdırmışlar. Avtomobili saxladıqdan sonra sürücüyə nə üçün avtomobili sürətlə sürdüyünü və kənd sakinləri üçün təhlükə yaratdıqlarını bildirmişlər. Avtomobildə olan şəxslər üzr istəyərək demişlər ki, biz cavan oğlanıq birdə bu səhvi etmərik, onlarla söhbət edərkən avtomobildə əyləşmiş həmkəndlisi Orxan Zamanov avtomobildən düşərək uca səslə onlara yaxınlaşmışdır. Orxana cava verərək qışqırmamasını, böyüklərin söhbət etdiyini bildirmişdir. Orxan ucadan qışqıraraq demişdir ki, böyüklər pox yeyir. Bu sözü işlədən zaman Orxanı itələyərək uzaqlaşmasını istəmişdir. Orxanı itələdikdən sonra Orxan onu yumruqla vurmaq istəmişdir. Lakin vura bilməmişdir. Orada olan kənd sakinləri Orxanı kənarlaşdırmışlar. Lakin Orxana sillə vurmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 31 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 196 nömrəli rəydə qeyd edilmişdir ki, X1 burnun və sol bud nahiyəsinin sıyrığı, boynun və sol əlin arxa hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və saxğamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 31 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Nəcəfəli Səmədbəyli tərəfindən 14 aprel 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün qismən etirafı ilə yanaşı, onun təqsiri inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-576/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-576/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver