Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-580/2023 18.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı şəhəri, H.Aslanov küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə X4 işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 17 aprel 2023-cü il tarixdə saat 22 radələrində Masallı RPŞ-nin inzibati binasının həyətində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. X4 Protokola görə Şəxs eyni tarixdə Masallı RPŞ-nin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi Vaz 2107 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilinə əlavə avadanlıq quraşdırdığı üçün polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində qanunamüvafiq tədbir görülmüşdür. Lakin, xx.xx.2023-cü il tarixdə avtomobilin arxa şüşələrinə plyonka vurmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində Masallı şəhəri Dadva küçəsində hərəkətdə olduğu zaman yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və Masallı RPŞ-yə gətirilmişdir. Masallı RPŞ-nin həyətində olduğu zaman özündən asılı olmadan əsəbləşmiş, eləcədə anası ankoloji xəstə olduğu üçün dərman aparmaq lazım olduğundan və dərmanı apara bilmədiyi üçündə əsəbi olduğu üçün özü-özünü söymüşdür və başını əsəbindən divara vurmuşdur. Polis əməkdaşları onun hərəkətinin inzibati xəta olduğunu izah edib, onu nizam intizama dəvət etmişlər. Orada polis əməkdaşlarına qarşı hər hansı hörmətsizlik etməyərək onların qanuni tələblərinə əməl etmiş və sakitləşmişdir. Hazırda əməlindən peşmandır. Yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:25-də radələrində VAZ 21074 markalı ** BP *** d.q.n-li avtomaşının sürücü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs normativ tələbləri pozulmaqla əlavə avadanlıq quraşdırıb avtomaşını idarə etdiyi üçün Masallı RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən saxlanılmış, avtomaşının RPŞ-nin müvəqqəti mühafizə olunan duracağına yerləşdirilib barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.2 və 342.2.4-cü maddələri ilə X4 protokol tərtib olunmuşdur. Avtomaşında olan əlavə avadanlıq aradan qaldırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə RPŞ-nin müvəqqəti mühafizə olunan duracağından buraxılmışdır. Qeyd olunan tarixdə saat 22:10-da Masallı şəhəri Dadva küçəsində, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Azər Rəcəbli ilə birlikdə xidmətdə olduğu zaman Vaz 21074 markalı 44BP057 dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şəxs təkrarən avtomaşına əlavə avadanlıq quraşdırıb idarə edərkən saxlanılaraq eyni qaydada həmin qayda pozuntularına yol verdiyindən tərəflərindən RPŞ-nin müvəqqəti duracağına yerlədirilərkən Şəxs RPŞ-nin inzibati binasının həyətində heç bir əsaslı səbəb olmadan ucadan ünvansız nəlayiq söyüşlər söyməyə başlamışdır. Onlar onu nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə əhəmiyyət verməyib öz hərəkətlərini davam etməklə polisin xidməti fəaliyyətini 40 dəqiqəyə qədər dayandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Orxan Həsənov tərəfindən 17 aprel 2023-cü il tarixdə MN ******* və ******* saylı X4 protokollar tərtib edilmişdir. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli 007606 nömrəli protokoldan görünür ki, Şəxs 17 aprel 2023-ci il tarixdə saat 22:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin iş materiallarında Şəxs tərəfindən xırda xuliqanlıq edilməsi müəyyən olunsa da, polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların hər hansı qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış və sübut olunmamışdır. Eləcə də məhkəmə baxışı iclasında dindirilmiş şahidlərin verdiyi ifadələrdə də həmin hal sübut olunmamışdır. Belə ki, tərtib edilmiş raporta görə polis işçiləri xidmətdə olarkən Şəxs səs-küy yaratmasının şahidi olmuşlar. Polislər ona Masallı RPŞ-nə getməklərini bildirmiş və o, polisə tabesizlik göstərməmiş və onlarla Polis şöbəsinə getmişdir. Bundan başqa polis şöbəsində imza etdiyi sənədlərdə nə qeyd edildiyindən xəbəri olmamışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən polisin təyinatı və əsas vəzifələri aşağıdakı kimi təsbit edilmişdir. İ. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; 2-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək; 3) şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək; 5) törədilmiş cinayətləri açmaq; 6) cinayətlərin qeydiyyatını və uçotunu aparmaq; 7) cinayətkarları aşkara çıxarmaq və tutmaq; 8) səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq; 9) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; 10) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 11) kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək; 12) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə birgə həyata keçirmək; 13) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq; 14) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq; 15) yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; 16) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; 17) yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək. İİİ. Polisi bu Qanunla müəyyən edilməmiş vəzifələrin icrasına cəlb etmək qadağandır. Həmin qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış etdiyindən Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X4 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X4 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci mаddəsinə əsаsən bu Məcəllə ilə qorunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd olаn, təqsirli sаyılаn (qəsdən və yа ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb olаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb olunur. Həmin Məcəllənin 6.2-ci mаddəsinə əsаsən inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааtın təmin edilməsi tədbirləri tətbiq edilərkən qаnunvericiliyin tələblərinə əməl olunmаsı yuxаrı orqаnlаrın və vəzifəli şəxslərin idаrə nəzаrəti ilə, məhkəmə və prokuror nəzаrəti ilə və şikаyət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X4 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X4 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Odur ki onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş X4 iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 17 aprel 2023-cü il tarixdən, saat 22:10-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-580/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-580/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver