Məhkəmə qərarları › İş №3(050)-589/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-589/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-589/2024 15.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştirakları ilə. X2 Masallı Rayon Polis X9 xidmətinin polis kapitanı X4 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə, Masallı rayon məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Masallı Rayon Polis X9 xidmətinin polis kapitanı X4 tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 məxsus “Mercedes Vito 108” markalı **-ZT- *** nömrəli avtomobillə hərəkətdə olan zaman Masallı Rayon Polis X9 xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və ona sağ yaxın işığın yanmadığını bildirmişdir. Polis əməkdaşına usta çağırmaqla nasazlığın aradan qaldırması dəfələrlə təklif etməsinə baxmayaraq onu zorla polis şöbəsinə aparmış və barəsində inzibati qaydada protokol tərtib edilmişdir. Yağışlı havada onu və ustanı Masallı rayon Polis şöbəsinin qabağından uzaqlaşdırılmışdır. Polis əməkdaşlarına etdikləri hərəkətlərinin qanunsuz olduğunu bildirdikdə ona qanunun bilmədiyini bildirmişlər. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 məhkəmə iclasında şikayəti eyni məzmunda əsaslandırdı və əlavə olaraq bildirdi ki, o idarə etdiyi avtonəqliyyat vasitəsinin qabaq sağ yaxın işığının yanmadığını təqsdiq edir. Lakin həmin nazaslıq yerində aradan qaldırılması mümkün olduğu halda, YPX-nin əməkdaşları əsassız olaraq onun avtomobilini saxlanc yerinə aparmışlar. Hesab edir ki, bu vəziyyətdə onun inzibati məsuliyyətə cəlb olunması qanunsuz omuşdur. Çünki yan işığın nasaz olmasından məlumatı olmamışdır, avtomobili saxladıqdan sonra isə hərəkətdə olmamış, usta çağıraraq nasazlığı yerində aradan qaldırmaq istəmişdir. Ancaq YPX-nin əməkdaşları ona mane olaraq, avtomobili polis şöbəsinə aparmışlar. Ona görə də şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı qəbul edən səlahiyyətli şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə şikayətə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətin dəlillərindən göründüyü kimi, qeyd olunan nöqsan yerində aradan qaldırılması mümkün olan nasazlıqdır. Bu vəziyyətdə Habil Ələkbərov avtomobilin işıq sistemində olan nasazlığı usta vasitəsi ilə yerində aradan qaldıra bilərdi. Lakin buna baxmayaraq, avtomobil saxlanc yerinə aparılmış və nəticədə əsassız inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Həmçinin şikayət verilən qərarda göstərilmiş inzibati xətanı X2 törətməsini təsdiq edən heç bir mümkün və mötəbər sübut yoxdur. Belə ki, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun” 1 saylı əlavədə qeyd olunmuşdur ki, 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıq qaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 134.1.-ci maddəsində qeyd oluinmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; -134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; -134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; -134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; -134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 135.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Masallı RPŞ-in DYPB-nin səlahiyyətli şəxsləri tərəfindən Habil Ələkbərov barəsində işin halları hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, şikayət verilən qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.3 və 135.1.6.-cı maddələrində göstərilən əsaslar müəyyən edilmişdir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar