Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-598/2024 07.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs Təvəkkül oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Masallı rayonu, Qəriblər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev X5 Oktay Təvəkkül oğlunu döyərək xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclasında bildirdi ki, inzibati xəta haqqında protokol tərtib edilməmişdən qabaq iş Masallı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılmış, nəticədə Zərərçəkmiş şəxs Təvəkkül oğlunun müraciəti əsasında toplanmış material üzrə xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş, şikayət qismən təmin edilməklə qərar ləğv edilmiş, yenidən araşdırma aparılması üçün materialın Masallı RPŞ-yə qaytarılması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, hazırda qeyd edilən işə məhkəmədə baxıla bilməz. Ona görə ki, xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş, şikayəti təmin edilməklə qərar ləğv edilmiş, materialın yenidən araşdırlması üçün Masallı RPŞ-yə göndərilməsi qərara alınmışdır. Sonda Şəxs göstərilənlərin nəzrə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təvəkkül oğlu hazırki vəziyyətdə inzibati xəta haqqında materialın Masallı RPŞ-yə geri qaytarılmasına etirazının olmadığını bildirdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Müəyyən edilmişdir ki, inzibati xəta ilə bağlı təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları alınmamış, sağlamlığa zərər vurulub-vurulmaması, maddi zərərin yetirilib-yetirilməməsi və sair hallar araşdırılmamış, bunlar barəsində protokolda hər hansı bir qeyd yoxdur. Halbuki, qeyd edilən hallar protokolda göstərilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Yəni, İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbi baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Həmçinin, məhkəmə nəzərə alır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(050)-8/2024 saylı qərarı ilə Şəxs və X2 şikayəti qismən təmin edilmiş, Masallı RPŞ-nin Təhqiqat bölməsində toplanılmış material üzrə Masallı Rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 fevral 2024-cü il tarixli qərarı kifayət qədər araşdırma aparılmadığından ləğv edilməsi, material Şəxs və X2 əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə olan hissədə yenidən araşdırılaraq baş vermiş hadisəyə hüquqi qiymət verilməsindən ötrü Masallı Rayon Polis şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Masallı Rayon Polis şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Masallı Rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-598/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-598/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver