Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-599/2023 03.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rəvanbaxş oğlunun iştirakı ilə, xx xxxxx 1989-cu ildə Masallı rayonu Mahmudavar kəndində doğulmuş, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Rəvanbaxş oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Rəvanbaxş oğlu 11 mart 2023-cü il tarixdə saat 11:00 radələrində idarə etdiyi “VAZ 21144 Minik” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Mahmudavar kəndi ərazisində “VAZ 2107 Minik” markalı, B831EO 716 Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsati dəymişdir. Şəxs Rəvanbaxş oğlu bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rəvanbaxş oğlu məhkəmə iclasında verdiyi izahatında bildiridi ki, o, “VAZ 21144 Minik” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayon ərazisində Zərərçəkmiş şəxs istifadəsində olan “VAZ 2107 Minik” markalı, B831EO 716 Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zaman Zərərçəkmiş şəxs heç bir şikayəti olmamışdır. Sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İşə əlavə olunmuş 21 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, "VAZ 21144 minik" markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin maddə ilə barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rəvanbaxş oğlunun təqsiri özünün səmimi etirafı, iş üzrə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, 21 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Rəvanbaxş oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görəiki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rəvanbaxş oğlunun inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs Rəvanbaxş oğlu barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-599/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-599/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver