Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-600/2023 02.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı rayon prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Masallı rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3cü maddəsi ilə Masallı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Masallı rayon prokuroru, baş ədliyyə müşaviri Vəli Mustafayev tərəfindən 17 aprel 2023-cü il tarixdə 42C-23 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək materialla birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərardan görünür ki, Masallı rayonu, Viləş kənd sakini Zərərçəkmiş şəxs Feyzulla oğlu xx.xx.2023-cü il tarixdə, səhər saatlarında işlədiyi fermaya getmək məqsədi ilə yaşadığı kəndin arxasında yerləşən sahədən keçərkən həmkəndlisi Şəxs nəzarətsiz halda təsərrüfatında saxladığı iki baş it onun üzərinə hücum edib dişləyərək ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı əzilmiş-dişlənmiş yaraları və sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, nəticədə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölmüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsidə göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, təsərrüfatında 2 baş it saxlayır. İtləri nəzarətsiz halda küçəyə buraxmır, evin həyətində qəfəsdə saxlayır. 24 fevral 2023-cü il tarixdə, saat 11 radələrində evində olduğu zaman həmkəndlisi Elmidar zəng edərək təsərrüfatında olan itlərin digər itlərlə birlikdə sahədə onun üzərinə hücum etdiklərini və onu dişlədiklərini demişdir. Həmin vaxt evin həyətinə baxanda itlərin saxlanıldığı qəfəsdən çıxıb zəncirləri qırdıqlarını və həyətdə olmadıqlarını görmüşdür. Bu səbəbdən də oğlu Ələmə gedib itləri həyətə gətirməsi ilə bağlı tapşırıq vermişdir. Bundan sonra Ələm sahəyə gedərək hər iki iti evə gətirib zəncirə vurmuşdur. Oğlu itləri evə gətirib bağladıqdan sonra təsərrüfatında olan heyvanlara baxmaq üçün yenidən sahəyə gedəndə həmkəndlisi Zərərçəkmiş şəxs meyitini kanalda aşkar etmişdir. O, təsərrüfatında saxladığı itlərin Ceyhunu, Elmidarı və Musanı qapıb dişləmələrini və bunun nəticəsində Ceyhunun öldüyünü görməmişdir. Həmin vaxt orada başqa itlər də olmuşdur. Ola bilsin həmin itlər Elmidar və Musanın üzərinə hücum edib onları dişləyərək xəsarət yetirmişdir. Hesab edirki, onun əməlində inzibati xəta tərkibi yoxdur, bu səbəbdən də məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu əməldən yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir. Belə ki, Masallı rayon prokurorunun köməkçisi X2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Masallı rayonu, Viləş kənd sakini Zərərçəkmiş şəxs Feyzulla oğlunun 24 fevral 2023-cü ıl tarixdə yaşadığı kəndin ərazisində sahibsiz itlərin dişləməsi nətıcəsində ölməsi faktı ilə bağlı Masallı rayon polis şöbəsindən daxil olmuş məlumatla əlaqədar Masallı rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəlı hüquqşünas Şirxan Fərəcov tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Masallı rayonu, Viləş kənd sakini Zərərçəkmiş şəxs Feyzulla oğlu xx.xx.2023cü il tarixdə, səhər saatlarında işlədiyi fermaya getmək məqsədi ilə yaşadığı kəndin arxasında yerləşən sahədən keçərkən həmkəndlisi Şəxs nəzarətsiz halda təsərrüfatında saxladığı iki baş it Ceyhunun üzərinə hücum edib dişləyərək ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı əzilmiş-dişlənmiş yaraları və sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişlər. Nəticədə Zərərçəkmiş şəxs Feyzulla oğlu aldığı xəsarətlərdən ölmüşdür. Bununla əlaqədar olaraq, 42C-23 nömrəli material işi üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, 2001-ci ildə Masallı rayonu, Viləş kənd sakini Zərərçəkmiş şəxs Feyzulla oğlu ilə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 2002-ci il təvəllüdlü İlkin Cavadov və 2005-ci il təvəllüdlü Samir Cavadov adlı iki uşaqları olmuşdur. Böyük oğlu İlkin Cavadov anadangəlmə xəstədir. Belə ki, ürək və beynində olan problemlərdən əziyyət çəkir, kiçik oğlu Samir Cavadov isə talasemiya xəstəsidir. Hazırda hər iki uşağın müalicəyə ehtiyacı vardır. Mərhum əri Zərərçəkmiş şəxs sakit təbiətli, fağır bir insan olmaqla ailə üzvləri və kənd sakinləri ilə heç bir narazılığı, ziddiyyəti, ədavəti, mübahisəsi, münaqişəsi olmamışdır. Ərinin hər hansı zərərli bir vərdişi olmamış, narkotik vasitələr və psixotrop maddələrdən heç vaxt istifadə etməmişdir. Lakin, spirtli içkilərin aludəçisi olmaqla siqaret çəkmişdir. Ceyhunun hər hansı xəstəliyi də olmamışdır. Ceyhun rəsmi olaraq heç bır yerdə işləməmiş, fərdi qaydada kənd sakinlərinin evlərində günəmuzd-fəhlə işləməklə və kənd sakinlərinin iri buynuzlu heyvanlarını örüşə aparıb otarmaqla çörək pulu qazanmış və ailəsini dolandırmışdır. Son bir aydır ki, əri Ceyhun həmkəndlisi Bəylər Bədəlovun fermasında çoban işləmiş, hər gün səhər saatlarında evdən çıxıb fermaya getmiş, qoyunları örüşə aparıb otarmış və axşamçağı evə qaytarmışdır. 24 fevral 2023-cü il tarixdə, saat 08:00 radələrində əri Zərərçəkmiş şəxs Bəylərin fermasına getmək adı ilə evdən çıxıb getmişdir. Həmin gün, saat 15 radələrində evdə olduğu zaman əri Zərərçəkmiş şəxs meyitinin kəndin arxasındakı sahənin kənarında yerləşən kanalda aşkar edilməsi və meyitinin müayinə olunması üçün morqa aparılması barədə məlumat almışdır. Onun hansı səbəbdən öldüyünü bilməmişdir. Sonra isə əri Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, səhər saatlarında evdən çıxıb çoban işlədiyi Bəylərin fermasına gedərkən kəndin arxasında yerləşən sahədə həmkəndlisi Şəxs təsərrüfatında olan iki itin hücumuna məruz qalıb kanala yıxılması və itlərin kanalda onu parçalayaraq öldürməsini bilmişdir. Həmçinin, həmin itlərin eyni gün sahədə digər həmdliləri Elmidar Məmmədov və Musa Kazımovun üzərinə hücum edərək onları dişləyib xəsarət yetirmələrini də öyrənmişdir. O, əri Zərərçəkmiş şəxs həmkəndlisi Rövşənin itlərinin hücumuna məruz qalaraq ölməsi ilə bağlı olan hadisəni görməmişdir. Lakin, Elmidar və Musanın dediyinə görə əri Ceyhuna Şəxs itləri hücum edərək kanala yıxmış və orada parçalayıb öldürmüşlər. Şəxs təsərrüfatında saxladığı iki baş itləri mütəmadi olaraq sahibsiz küçəyə buraxmış, həmin itlər kimisə gördükdə üzərinə hücum etmişlər. Şəxs və oğlu Ələm Ələmova itlərinə nəzarət etməsi barədə kənd sakinləri tərəfindən dəfələrlə irad bildirilmişlər. Lakin, heç bir nəticəsi olmamışdır. əri Ceyhun Rövşən və oğlu Ələmin səhlənkarlığı nəticəsində onların itlərinin hücumuna məruz qalaraq xəsarət alıb ölmüşdür. Bütün bunlara baxmayaraq Rövşən bu günə kimi onun evinə gəlməmiş, ondan üzrxahlıq etməmiş və heç bir maddi yardım göstərməmişdir. Ona görə də o, Şəxs şikayətçidir və onun barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosses iştirakçılarını dinləyib, 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 290.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsinə əsasən bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 900 (doqquz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-600/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-600/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver