Məhkəmə qərarları › İş №3(050)-601/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-601/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-601/2023 01.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Masallı rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3cü maddəsi ilə Masallı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Masallı rayon prokuroru, baş ədliyyə müşaviri Vəli Mustafayev tərəfindən 17 aprel 2023-cü il tarixli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək materialla birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərardan görünür ki, Masallı rayonu, Viləş kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində təsərrüfatında saxladığı 01 baş inəyi yaşadığı kəndin ərazisində yerləşən örüş sahəsinə apararkən həmkəndlisi Şəxs nəzarətsiz halda təsərrüfatında saxladığı iki baş it onun üzərinə hucum edib dişləyərək ona sol bazu, sağ və sol saıd. sağ və sol sağrı və sol baldır nahiyəsinin əzılmiş-dışlənmış yaralan ilə müşayiət olunan dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişlər. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsidə göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 24 fevral 2023-cü il tarixdə, saat 11 radələrində evində olduğu zaman həmkəndlisi Elmidar zəng edərək təsərrüfatında olan itlərin digər itlərlə birlikdə sahədə onun üzərinə hücum etdiklərini və onu dişlədiklərini demişdir. Həmin vaxt evin həyətinə baxanda itlərin saxlanıldığı qəfəsdən çıxıb zəncirləri qırdıqlarını və həyətdə olmadıqlarını görmüşdür. Bu səbəbdən də oğlu Ələmə gedib itləri həyətə gətirməsi ilə bağlı tapşırıq vermişdir. Bundan sonra Ələm sahəyə gedərək hər iki iti evə gətirib zəncirə vurmuşdur. Oğlu itləri evə gətirib bağladıqdan sonra təsərrüfatında olan heyvanlara baxmaq üçün yenidən sahəyə gedəndə həmkəndlisi Ceyhun Fərəcovun meyitini kanalda aşkar etmişdir. O, təsərrüfatında saxladığı itlərin Ceyhunu, Elmidarı və Musanı qapıb dişləmələrini və bunun nəticəsində Ceyhunun öldüyünü görməmişdir. Masallı rayon prokurorluğunun 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarında göstərilir ki, guya təsərrüfatında saxladığı itləri cilovsuz və buruntaqsız məhəllə və ya küçəyə buraxmış, həmin itlər də Zərərçəkmiş şəxs dişləyərək ona yüngül bədən xəsarətləri yetirmişlər. O, bu qərarla razı deyil. Belə ki, o, itlərini zəncirlə bağlı, nəzarət altında, qəfəsdə saxlamışdır. İtlər daim baytar nəzarətində olmuş, onlarda quduzluq olmamışdır. O, itləri cilovsuz və buruntaqsız gəzdirməmişdir. İtlər zənciri qıraraq qaçmışlar. Bundan başqa hadisə olan vaxtı orada başqa itlər də olmuş, Zərərçəkmiş şəxs məhz onun itlərinin xəsarət yetirməsini materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat təxminən 10 radələrində təsərrüfatında saxladığı bir baş inəyi kəndin arxasında örüş sahəsinə apararkən həmkəndlisi Şəxs məxsus iki ədəd it qəfildən onun üzərinə hücum etmiş, yer palçıqlı olduğundan ayağı sürüşdüyü üçün yerə yıxılaraq qaça bilməmiş, bu zaman Rövşənin hər iki iti onu qapıb dişləməyə başlamış, təxminən yarım saat ərzində itlər bədəninin müxtəlif nahiyələrini (hər iki ayağını, qollarını və s.) dişləyərək və əynindəki paltarları cıraraq ona xəsarət yetirmiş, eyni zamanda onu palçıqlı olan yerdə sürümüşlər, itlərin dişləməsi nəticəsində o müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibbi yardım üçün Masallı rayon mərkəzi xəstəxanasına müraciət etmiş və orada ona tibbi yardım göstərilmişdir. Rövşənin itlərindən başqa digər şəxslərin itləri həmin vaxt ona hücum etməmişlər. O, Şəxs şikayətçidir və onun barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Masallı Rayon Prokurorluğu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə prosses iştirakçılarını dinləyib, 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 290.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 08 aprel 2023-ci il tarixli 305 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu,sağ və sol said,sağ və sol sağrı və sol baldır nahiyəsinin əzilmiş-dişlənmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir,it dişləməs nəticəsində əmələ gələ bilərdi,törənmə müddəti tibbi sənəddə qeyd oluna 24 fevral 2023-cü il tarixə uyğun gəlir,dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatı, 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, 10 aprel 2023-ci il tarixli, 305 saylı ekspert rəyindən, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu əməldən yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir və möhtəbər sübut hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsinə əsasən bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə verilmiş inzibati materialı tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında prtokolun qanunililiyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, protokol işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 117-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 900 (doqquz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar