Məhkəmə qərarları › İş №3(050)-602/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-602/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-602/2023 16.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Masallı rayon prokurorunun köməkçisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Masallı rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Masallı Rayon Prokurorluğundan daxil inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Masallı rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən 17 aprel 2023-cü il tarixdə 42C-23 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək materialla birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərardan görünür ki, Masallı rayonu, Viləş kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrındə yaşadığı kəndin ərazisində yerləşən və təsərrüfatında olan heyvanların saxlanması üçün nəzərdə tutulan tövləyə gedərkən həmkəndlisi Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli 38 nömrəli Qərarının tələblərinə zidd olaraq nəzarətsiz halda (itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız umumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə) təsərrüfatında saxladığı iki ədəd it onun üzərinə hücum edib dişləyərək ona sağ və sol budun əzilmişdışlənmış yaraları ilə müşaiət olunan dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsidə göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Masallı rayon prokurorluğunun 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarında göstərilir ki, guya o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli 38 nömrəli Qərarının tələbini pozaraq təsərrüfatında saxladığı itləri cilovsuz və buruntaqsız məhəllə və ya küçəyə buraxmış, həmin itlər də Zərərçəkmiş şəxs dişləyərək ona yüngül bədən xəsarətləri yetirmişlər. O, bununla razı deyil. Belə ki, Masallı rayon prokurorluğunda verdiyi izahatnda göstərdiyi kimi itləri zəncirlə bağlı, nəzarət altında, qəfəsdə saxlamışdır. İtlər daim baytar nəzarətində olmuş, onlarda quduzluq olmamışdır. O, itləri cilovsuz və buruntaqsız gəzdirməmişdir. İtlər zənciri qıraraq qaçmışdılar. Bundan başqa, həmin vaxt orada başqa itlər də olmuş, Zərərçəkmiş şəxs məhz onun itlərinin dişləməsi araşdırma materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə görə itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, o, itləri heç yerdə gəzdirməmişdir. Onlar həyətdə, zəncirlə bağlı vəziyyətdə olmuşdular. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, Masallı Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 3(050)-601/2023 saylı və 02 may 2023-cü il tarixli, 3(050)-600/2023 saylı qərarları ilə barəsində hər iki iş üzrə 900 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə də, eyni əmələ görə onun yenidən üçüncü dəfə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Sonda Şəxs qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu əməldən yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir. Belə ki, Masallı rayon prokurorunun köməkçisi X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Masallı rayonu, Viləş kənd sakini X1 24 fevral 2023-cü ıl tarixdə yaşadığı kəndin ərazisində sahibsiz itlərin dişləməsi nətıcəsində ölməsi faktı ilə bağlı Masallı Rayon Polis şöbəsindən daxil olmuş məlumatla əlaqədar Masallı Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəlı hüquqşünas Şirxan Fərəcov tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Masallı rayonu, Viləş kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrındə yaşadığı kəndin ərazisində yerləşən və təsərrüfatında olan heyvanların saxlanması üçün nəzərdə tutulan tövləyə gedərkən həmkəndlisi Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli 38 nömrəli Qərarının tələblərinə zidd olaraq nəzarətsiz halda (itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız umumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə) təsərrüfatında saxladığı iki ədəd it onun üzərinə hücum edib dişləyərək ona sağ və sol budun əzilmiş-dışlənmış yaraları ilə müşaiət olunan dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla əlaqədar olaraq, 42C- 23 nömrəli material işi üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. 15 aprel 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 42-C-23 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsi inzibati icraat açılması məsələsinə baxılmasından ötrü Masallı rayon prokuroru qarşısında məsələ qaldırlıması qərara alınmışdır. 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, 42C-23 nömrəli material işı üzrə xx xxxxxx 1974-cü ildə Masallı rayonu, Kalınovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Masallı rayonu, Viləş küçəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə Tibbi Ekspertizası və X4 X8 Masallı rayon şəbəsinin 10 aprel 2023-cü il tarixli, 307 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol budun əzilmiş-dişlənmiş yaraları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, it dişləməsi nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti tibbi sənəddə qeyd olunan 24 fevral 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ayrıayırılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə prosses iştirakçılarını dinləyib, 15 aprel 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı,17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 290.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsinə əsasən bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 900 (doqquz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar