Məhkəmə qərarları › İş №3(050)-603/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-603/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-603/2025 07.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, 09 avqust 1978-ci ildə Masallı rayonu Hüseynhacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, Masallı rayonu Hüseynhacılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-1616/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 14850 (on dörd min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs heç bir üzrlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1616/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 14850 (on dörd min səkkiz yüz əlli) manat pulun və dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu yaranmış borcundan müəyyən hissəsini ötən müddət ərzində ödəmiş, hətta bu gün 500 manat ödəniş etmişdir. Lakin buna baxmayaraq Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi üzrə borcunu tam şəkildə ödəmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin borclu barəsində əvvəllər də eyni əsaslarla inzibat xəta haqqında protokollar tərtib edilmişdir. Bundan başqa borclu icra məmurunun çagırışlarına da gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, bundan sonra polis əməkdaşları onu saxlayaraq icra şöbəsinə təhvil vermişlər. Borclunun icra sənədi üzrə yaranmış öhdəliyi ilə bağlı 9380 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, icra vərəqələri üzrə yaranmış borcundan Zərərçəkmiş şəxs müəyyən məbləğlərdə ödənişlər etmişdir. Lakin müəyyən problemləri olduğu üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bir həftə əvvəl 200 manat, bu gün isə 500 manat ödəniş etmişdir. 2-3 aya qalan borcunu hər ay hissə-hissə olmaqla tam şəkildə ödəyəcəkdir. Belə ki, əkin əkmişdir və həmin əkini aprel ayının sonunda bazara çıxaracaqdır. Bir həftəyə 500 manatda ödəyəcəkdir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbehin təbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, artıq üçüncü dəfədir ki, borclu borcunu ödəmədiyinə görə məhkəməyə gətirilir və hər dəfəsində borclu yaranmış borcunu 2-3 ay ərzində tam şəkildə ödəyəcəyini bildirir. Lakin sonradan borcunu ödəmir və yoxa çıxır. Bir müddət sonra tapılır və cuzi bir məbləğ ödəyir və yenədə yoxa çıxır və onu tapmaq olmur. O, özü əlil adamdır. Dolana bilmir, dərmanlarını almağa vəsait lazımdır. Borclu 2025-ci ildə ona 50 manat, 150 manat və bu gün isə 500 manat ödəniş etmişdir. Şikayətçidir, borcludan borcunu tələb edir. Borclu borcunu ödəmədiyi təqdirdə ona cəza verilməsini xahiş edir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 3(050)- 565/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 09 avqust 1978-ci il təvəllüdlü Masallı rayonu Hüseynhacılı kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 07 mart 2025-ci il tarixdən, saat 12:35-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar