Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-606/2023 03.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan (hüquqi ünvanı-Masallı rayonu, Qəzvinoba kəndi, VÖEN **********) Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbacan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında 14 aprel 2023-cü il tarixli, EP ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC 40416.00 ABŞ dolları məbləğində vəsaiti 15 mart 2021-ci il tarixində xaricə köçürmüş və 2 il müddət keçsə də, 40416.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 16 mart 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bu hərəkətləri ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər, eyni zamanda işə baxılmasının təxirə salınması haqqında onlardan vəsatət daxil olmamışdır. Belə olan halda məhkəmə, hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında 14 aprel 2023-cü il tarixli, EP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkibi vardır və MMC həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş "xxxx" ASC-nin Nefçilər filialı tərəfindən Şəxs MMC-nin direktoru X1 ünvanlanmış 01 may 2023-cü il tarixli, 0357 nömrəli məlumatdan görünür ki, "xxxx" ASC-nin Nefçilər filialından xx.xx.2021-ci il tarixdə köçürülən 40416.00 ABŞ dolları vəsaitin 29510.96 ABŞ dolları hissəsi **********5297 nömrəli xx.xx.2023 tarixli YGB, 10905.04 ABŞ dolları hissəsi isə **********3330 nömrəli xx.xx.2023-cü il tarixli YGB ilə bağlanmışdır. Göründüyü kimi Şəxs MMC tərəfindən 15 mart 2021-ci il tarixində xaricə köçürmüş 40416 ABŞ dolları vəsaitin 29510.96 ABŞ dolları hissinə alınan mallar xx.xx.2023-cü il tarixdə, qalan 10905.04 ABŞ dolları hissinə alınan mallar isə xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta 10905.04 ABŞ dolları hissində törədilmişdir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş Şəxs MMC-nin hərəkətlərində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, təqsirin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti-10905.04 ABŞ dolları məbləğinin iyirmi faizi məbləğində, yəni 2181 (iki min yüz səksən bir) ABŞ dolları (ödəniş günü Azərbaycan Respiblikasının manatına məzənnəsi ilə) məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-606/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-606/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver