Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-608/2025 13.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Evin Asif oğlunun katibliyi ilə, xx.xx.1982-ci il tarixdə Masallı rayonu, Qədirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 410/2022 saylı icra sənədi Şəxs tərəfindən icra edilmədiyindən barəsində Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən xx.xx.2025-ci il tarixli, seriya MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)410/2022 saylı icra sənədinə əsasən 25 dekabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4, və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən tam olaraq yerinə yetirməmişdir Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 10 mart 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan şəxs Şəxs aliment borcunu ödəməsi üçün ona bir gün vaxt verilməsini xahiş etdiyindən məhkəmə onun xahişini nəzərə alaraq, məhkəmə iclasını növbəti günə, yəni 11 mart 2025-ci il tarixə təxirə salmışdır. 11 mart 2025-ci il tarixdə keçirilən iclasa barəsində inzibati icraat aparılan şəxs Şəxs gəlmədiyindən məhkəmə öz təşəbbüsü ilə onun məcburi gətirilməsi barədə qərar qəbul edərək icra edilməsi üçün Masallı Rayon Polis Şöbəsinə göndərmiş, məhkəmə iclası 19 mart 2025-ci il tarixə təxirə salınmışdır. Lakin, Şəxs məhkəmə iclasına məlum olmayan səbəbdən gəlmədiyindən onun məcburi qaydada məhkəmə iclasına gətirilməsi barədə qərar qəbul ediləklə icra edilməsi üçün Masallı Rayon Polis Şöbəsinə göndərilmiş, məhkəmə iclası təxirə salınmalqa xx.xx.2025-ci il tarixdə saat 11:00-a təxirə salınmışdır. Şəxs məhkəmə iclasına gətirilməsi təmin edilmədiyindən məhkəmənin 19 mart 2025-ci il tarixli qərarı ilə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tapılana və olduğu yer müəyyən edilənədək dayandırılmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(050)-608/2025 saylı qərarına əsasən iş üzrə icraatın dayandırılması barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Məhkəmənin mövqeyi: İnzibati işin materiallarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, müəyyən edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətsə də, onun inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göründüyü kimi, hazırki inzibati xəta “idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yer aldığından, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən 4 ay müddəti keçənədək verilə bilərdi. Yuxarıda qeyd edilənlərə əsasən şəxsin İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xx.xx.2025-ci il tarixdə törətdiyini nəzərə alaraq, onun barəsində ən geci xx.xx.2025-ci il tarixədək inzibati tənbeh vermək haqqında qərar qəbul edilə bilərdi. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, İXM Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 109.2, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Masallı Məhkəməsin vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-608/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-608/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver