Məhkəmə qərarları › İş №3(050)-618/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-618/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-618/2024 19.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, xx xxxx 1968-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 15 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə yol hərəkəti qaydası əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək inzibati cəriməni tam ödədiyini bildirmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçrilməsini və barəsində olan inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizəsini nəzərə alaraq, inzibati xəta haqqında 03 mart 2024-cü il tarixli, İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi vardır. Lakin məhkəmə Şəxs EQ 17472747 saylı protokola əsasən qəbul edilmiş inzibati cəriməni və dəbbə pulunu iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən məsuliyyətdən azad olunmalıdır. Belə ki, həmin bəndə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəməyə təqdim edilmiş elektron baza məlumatları barədə çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs EQ 17472747 saylı protokola əsasən 16 (on altı) manat cərimə və dəbbə pulunu ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,114,115, 128-130 və 529-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə barəsində olan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar