Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-634/2023 08.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, protokolu tərtib etmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ünvan 1ində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş 19 aprel 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 aprel 2023-cü il tarixdə saat 12:20 radələrində Masallı şəhəri, Talışxanov küçəsində, “İdman Kompleksi” nin qarşısında “FORD TRANSİT” markalı ** MA *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə yükdaşıma fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş tələb olunmuş sənədləri təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında göstərdi ki, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2023cü il tarixdə saat 12:20 radələrində Masallı səhəri, Talışxanov küçəsi “İdman Komplek” sinin qarşısında “FORD TRANSİT” yük markalı ** MA *** dövlət qeydiyyat nömrəli avtomaşının sürücüsü ünvan 1i ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 40 nömrəli qərarının 3.3-cü bəndinə əsasən mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsi ilə yük daşıma xidməti göstərdikdə, nəqliyyat vasitəsi üçün növündən və fəaliyyətini həyata keçirtdiyi ərazidən asılı olaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.5 və 220.6-cı maddələrində nəzərdə tutulmuş vergini ödəyərək, göstərdiyi yük daşıma fəaliyyətinə görə almalı olduğu “Fərqlənmə nişanı” nı, yəni qanunvericiliklə müəyyən olunmuş tələb olunan icazə sənədini təqdim etməkdən yayındığına görə onun İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmiş, avtomaşının fotoşəkli yerindəcə çəkilmiş və barəsində xx.xx.2023-cü il tarixində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən seriya MN ******* nömrəli protokol tərtib edilmişdir. Sürücünün izahat verməkdən, protokola imza etməkdən və protokolun surətini almaqdan imtina etməsi barədə tərtib olunmuş protokolda müvafiq qeydlər aparılmışdır. Tərtib olunmuş protokolun surəti xx.xx.2023-cu il tarixdə 65-P saylı bildirişlə poçt vasitəsi ilə nəqliyyat vasitəsinin sürücüsünün ünvanına göndərilmişdir. Sonda P.M.Rzayev Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 aprel 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 aprel 2023-cü il tarixdə saat 12:20 radələrində Masallı şəhəri, Talışxanov küçəsində, “İdman Kompleksi” nin qarşısında “FORD TRANSİT” markalı ** MA *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə yükdaşıma fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş tələb olunmuş sənədləri təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinməli və barəsində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-634/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-634/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver