Məhkəmə qərarları › İş №3(050)-639/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-639/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-639/2024 11.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Masallı Rayon Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə, xx xxx 1994-cü ildə Zərdab rayonu, Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Zərdab rayonu, Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında təmiz çəkisi 4,902 qram narkotik vasitə olan qurudulmuş marixuananı 09 mart 2024-cü il tarixdə, saat 22:35 radələrində Masallı şəhəri, M.F.Axundov küçəsində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilib götürülənədək üzərində saxlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, həyat yoldaşı Masallı rayonundan olduğu üçün buraya tez-tez gəlib-gedir. Bir müddət əvvəl Bakı şəhərində olarkən tanımadığı şəxsdən bir büküm narkotik vasitə olan marixuana alaraq üzərində saxlamışdır. 09 mart 2024-cü il tarixdə, saat 22:30 radələrində Masallı şəhəri, M.F.Axundov küçəsində olarkən Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə daşımaqda şübhəli olduğundan onu Masallı RPŞ-nə dəvət etmişlər. Orada vəkilin iştirakı ilə üzərinə keçirilmiş baxış zamanı şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ilk dəfə inzibati xəta tərətməsini və himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alıb barəsində həbslə bağlı olmayan yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında 11 mart 2024-cü il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən səmimi peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 10 mart 2024-cü il tarixli, 19/232 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd qararəngli sellofan bükümdə olan nakotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə…» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi, -4,902 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (marixuananın təmiz çəkisi-4,902 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-4,802 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X3 dair 11 mart 2024-cü il tarixli, 251 saylı rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulundan yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan Masallı Rayon Polis X5 təhqiqatçısı polis kapitanı X8 tərəfindən qəbul edilmiş şübhəli şəxsin tutulması haqqında və tutulmuş şəxsin azad edilməsi haqqında qərarlardan görünür ki, Şəxs 09 mart 2024-cü il tarixdə, saat 23:00-da tutulmuş və 10 mart 2024-cü il tarixdə, saat 17:20-də tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul dövlət hesabına aid edilməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 4,802 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra narkomaniyadan məcburi müalicənin icra olunması üçün qərarın surəti ixtisaslaşdırılmış tibb müəssisəsinə və Zərdab Rayon İcra və Probasiya Şəbəsinə göndərilsin. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 4,802 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul dövlət hesabına aid edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar